Sumqayıtın "Qurd dərəsi"ndən ŞİKAYƏT: Yol, nəqliyyat və sahibsiz itlər problemi

 

Sumqayıt şəhərindən cəmi 2-3 kilometr aralıda yerləşən "Qurd dərəsi" adlanan yaşayış massivi illərdir diqqətdən kənarda qalıb.

Sumqayit.tv xəbər verir ki, bu barədə Oxu.Az-a şikayət məktubu daxil olub.

Qeyd olunub ki, massiv şəhərin 18-ci mikrorayonundan bir neçə kilometrlikdə yerləşsə də, buranın şəraiti unudulmuş ucqar bir qəsəbəni xatırladır:

"Normalda şəhərdən ərazinin ən uzaq hissəsinə avtobusla 10 dəqiqəyə çatmaq mümkün olduğu halda, biz köhnə, narahat "PAZ" və bu tipli digər avtobuslarla bu yolu 45-50 dəqiqəyə, bəzən isə bir saata qət etməyə məcburuq. Səbəb yolların son dərəcə yararsız olmasıdır. Massivdə asfaltlanma çox az hissədə aparılıb. Bir çox yerlərdə yollar sakinlərin öz hesabına daş, çınqıl və s. tökülərək müvəqqəti şəkildə düzəldilir. Yağışlı və qarlı günlərdə isə küçələr gölməçə və palçıqdan keçilməz olur. Bərbad yollar səbəbindən taksi şirkətləri də buraya sifariş qəbul etmək istəmirlər".

Şikayətdə yer alan məsələlərdən biri də sahibsiz küçə itlərinin sayının artmasıdır:

"Sürü halında gəzən itlər xüsusən axşam saatlarında aqressivləşərək insanlara hücum edir. Bu isə həm böyüklər, həm də uşaqlar üçün ciddi təhlükə yaradır. 7-ci, 8-ci və 9-cu dayanacaq əraziləri daha təhlükəlidir. Uşaqlar məktəbə gedib-gələrkən qorxu keçirir, gecə küçəyə çıxmaq isə demək olar ki, mümkün deyil. Küçələrin işıqlandırılmaması vəziyyəti daha da ağırlaşdırır. Bir sıra yerlərdə işıqlandırma yalnız sakinlərin öz vəsaiti hesabına təmin olunub".

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, "Qurd dərəsi" adlanan ərazisi inzibati baxımdan bağlar zonası olmaqla yanaşı, Sumqayıt Bələdiyyəsinin xidməti ərazisinə daxildir:

"Sözügedən ərazi ilə bağlı daxil olan müraciətlər və sakinlərin qaldırdıqları məsələlər Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən diqqətlə araşdırılıb, mövcud problemlərin aradan qaldırılması məqsədilə mərhələli tədbirlər planı hazırlanaraq icrasına başlanılıb.

Ərazidə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə asfaltlanma işləri həyata keçirilir. Son illərdə 17, 18 və 27 nömrəli marşrut xətlərinin hərəkət etdiyi yollar üzrə təmirə ehtiyac olan hissələrdə asfaltlanma işləri aparılıb. Mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması isə dövlət proqramı çərçivəsində nəzərdə tutulub və müvafiq mərhələlər üzrə icra olunacaq.

Sahibsiz itlərlə bağlı təhlükəsizlik və sağlamlıq tələblərinə uyğun olaraq, onların toplanması, peyvəndlənməsi, xüsusi ayrılmış sahələrə yerləşdirilməsi istiqamətində işlər davam etdirilir. Küçələrin işıqlandırılması ilə bağlı son illər ərazidə bir sıra tədbirlər görülüb, bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

Sumqayıt Şəhər İcra Hakimiyyəti olaraq qeyd olunan bağlar massivində sosial infrastrukturun daha da yaxşılaşdırılması üçün aidiyyəti qurumlarla birgə fəaliyyətimiz davam etdiriləcək".


2-12-2025, 20:45 200

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102