Sumqayıt avtobusları kart sisteminə nə vaxt KEÇƏCƏK? – RƏSMİ AÇIQLAMA

 

Sumqayıtda sərnişin daşıyan avtobusların kart sisteminə keçidi uzun sürməyib. Ödənişin nağdsız şəkildə ödənilməsinə tam olaraq 2021-ci ilin sentyabrında başlanılıb, heç iki ay bitməmiş 200-dən çox avtobusda quraşdırılan validatorların yararsız olması səbəbindən nağdsız ödəniş sistemi ləğv edilib.

Üç ildən çoxdur ki, şəhər sakinləri gedişhaqqını köhnə üsulla ödəməyə davam edirlər. Sakinlərin sözlərinə görə, şəhərdə fəaliyyət göstərən, xüsusilə, mərkəzdən şəhər kənarına hərəkət edən avtobuslar müasir standartlara cavab vermirlər.

Kartla ödəniş sistemi müasir tələblərə cavab verən yalnız elektrik və CNG yanacaq növlü avtobuslara aiddir.

Sumqayıtda marşrut avtobusları nə zaman kart sisteminə keçəcək? Gedişhaqqını nağdsız ödəmək hansı zamandan mümkün olacaq?

Sumqayit.tv xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğuuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ölkə üzrə sərnişindaşımada nağdsız ödəniş sisteminin sürətləndirilməsi ilə bağlı iş aparılır:

“Sumqayıt şəhərində də bu məsələ prioritet hesab olunur. Lakin konkret tarixlə bağlı AYNA tərəfindən heç bir açıqlama bundan öncə olmayıb”.

Qeyd edilib ki, hazırda Sumqayıtda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir, marşrut şəbəkəsinin optimallaşdırılması üçün nəqliyyat planı hazırlanır.

Xatırladaq ki, iki ay öncə Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən saytımıza yanvar ayından Sumqayıtda fəaliyyət göstərən marşrut avtobuslarında nağdsız ödəniş üsuluna keçidin baş tutacağı bildirilib.


15-01-2026, 14:51 80

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102