Sumqayıtda “Okean” adı ilə tanınan bina baxımsız vəziyyətə düşüb - FOTO
Sumqayıt şəhərinin 12-ci mikrorayonunda yerləşən və uzun illər "Okean” mağazası kimi tanınan bina hazırda baxımsız vəziyyətdədir.
Vaxtilə binanın birinci mərtəbəsində dəniz məhsullarının satıldığı məşhur mağaza fəaliyyət göstərib və obyekt şəhər sakinləri arasında adla tanınıb. Müstəqillik dövründə də "Okean binası” adı ilə yadda qalan tikilinin şəhərin estetik görkəminə xələl gətirdiyini söyləmək olar. Sakinlər binanın təmir olunmasını və ərazinin abadlaşdırılmasını vacib hesab edirlər. /Xeberle.com