“Sumqayıt Kimya Sənaye Parkı” MMC-də şəhidin xatirə lövhəsi açılıb

 
Oktyabrın 26-da “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin inzibati binasında İqtisadiyyat Nazirliyinin şəhid əməkdaşı Asəf Nəsibovun anım günü keçirilib, xatirə lövhəsinin açılışı olub.

Sumqayit.tv xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini, bu böyük Zəfəri xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusunun bəxş etdiyini vurğulayıb. Qeyd edilib ki, 27 sentyabr tarixində başlanan Vətən müharibəsində xalqımız Ali Baş Komandanın ətrafında daha sıx birləşdi. Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gənci cəbhəyə könüllü getmək üçün müraciət etdi. Yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad olunması üçün əlindən gələni etdi. İqtisadiyyat Nazirliyinin 141 əməkdaşı da Vətən müharibəsində iştirak edib, həmkarımız Asəf Nəsibov şəhidlik zirvəsinə ucalıb.
Asəf Nəsibov Vətən müharibəsinin könüllü iştirakçısı olub, Cəbrayıl, Qubadlı, Laçın rayonlarının işğaldan azad edilməsində qəhrəmancasına vuruşub və Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə göstərdiyi igidlik və şücaətə görə Asəf Nəsibov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Şəhid Asəf Nəsibovun atası Səfəralı Nəsibov şəhidlərin  heç vaxt unudulmadığını, şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirib, qəhrəmanlarımızın qürür yerimiz olduğunu vurğulayıb.
Anım tədbirində şəhid Asəf Nəsibovun xatirəsinə həsr edilmiş “Vaxtsız solan ömür” qısametrajlı filmi nümayiş olunub.

27-10-2021, 12:15 324

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065