Sumqayıtla bağlı bir sıra avtobus marşrutları müsabiqəyə çıxarılır

 

Azərbaycanda müxtəlif istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə təqdim olunur.

Sumqayit.tv xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, müsabiqəyə çıxarılan marşrutlar arasında Sumqayıtla birbaşa əlaqəli istiqamətlər də yer alır. Belə ki, Sumqayıt–Yalama, Sumqayıt–İsmayıllı, Sumqayıt–Naftalan, Saatlı–Sumqayıt, Yardımlı–Sumqayıt və Sumqayıt–Yardımlı şəhərlərarası xətləri daşıyıcıların seçimi üçün təqdim olunur.

Bundan başqa, 102, 122, 137, 192, 195, 196, 448, 510 və 512 nömrəli şəhərətrafı marşrutlar da müsabiqə siyahısındadır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna və Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun təşkil edilir. Sənədlər 31 mart 2026-cı il saat 17:00-dək AYNA-da qəbul olunacaq.

Komissiya tərəfindən lotlar üzrə baxış tarixləri də açıqlanıb. Sumqayıt istiqamətlərinin daxil olduğu bir sıra lotlara aprelin 14, 21 və 24-də baxılması planlaşdırılır.

Qeyd edək ki, müsabiqədə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələrinin də təqdim olunması tələb edilir.

AYNA bildirir ki, şəhərlərarası və şəhərdaxili marşrut xətləri mərhələli şəkildə müsabiqəyə çıxarılır. Məqsəd sərnişindaşıma xidmətlərinin keyfiyyətini, təhlükəsizliyini və rahatlığını artırmaqdır.


3-03-2026, 10:42 93

Digər xəbərlər

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

Sumqayıtda bıçaqlanma: Yaralının son durumu ilə bağlı AÇIQLAMA-VİDEO

İki xain aqressorun xəyanət günü – milyonlarla insanın qiyamət günü

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 20:28
Bu gün, 15:45
Bu gün, 15:23
Bu gün, 15:21
Bu gün, 13:08
Bu gün, 10:05
Bu gün, 09:53
Bu gün, 09:44
Bu gün, 09:11
Bu gün, 09:03
Dünən, 20:56
Dünən, 20:53
Dünən, 17:20
Dünən, 16:12
Dünən, 16:06
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:21
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 09:45
Dünən, 08:55
Dünən, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
19-06-2026, 10:16
18-06-2026, 23:25
1 2 3 4 5 6 7 8 9 10 ... 1066