Nurəddin Ədiloğlunun yeni kitabı işıq üzü gördü

 
Bu günlərdə “Xudafərin” nəşriyyatının çap etdiyi “Bir ananın taleyi adlı” kitab Masallı rayonunun Yeddioymaq kənd sakini Hacı Xanımnənə Qulam qızının 100 illik yubileyinə həsr olunub.
Qeyd edək ki, ötən ilin noyabr ayından nəşrə hazırlanan kitabın internet portallarında yayımlanan “Canavarla üz-üzə” hekayəsi oxucu və izləyici auditoriyası tərəfindən böyük maraqla qarşılanmışdı.
12 bölümdən ibarət, iki hissəli kitabın ideya müəllifi Üzeyir Salayev, redaktoru isə tanınmış filosof-şair Rafael Həbiboğludur.
Eyniadlı kino-povest əsasında qələmə alınan “Bir ananın taleyi” kitabında müəllif bədii yaradıcılıq ənənələrinə sadiq qalaraq qadın–ana obrazını oxucunun gözləri önündə daha dolğun canlandırır. Bu məqsədlə hekayə, esse, maraqlı fraqmentlər və portret ştrixlərindən ustalıqla istifadə olunur.
Kitabı yalnız ədəbi mətn deyil, həm də bir növ mənəvi sənəd, gələcək nəsillər üçün yazılmış səssiz bir etiraf, unudulmamaq üçün tutulmuş yaddaş qeydi adlandıran ön sözün müəllifi, çağdaş milli düşüncə mühitində sözü və mövqeyi ilə seçilən professor, doktor Hüseyn Şərqi yazır:
“Müəllif ananı ucalığa qaldırmaq üçün onu idealizə etmir; əksinə, onu olduğu kimi göstərir. Elə bu səbəbdən də oxucu bu ananı anlayır, hiss edir, bəzən öz anasını, bəzən də öz taleyini onun simasında görür…
‘Bir ananın taleyi’ni oxuyarkən insan anlayır ki, tarix yalnız böyük hadisələrdən, müharibələrdən, siyasi qərarlardan ibarət deyil. Tarix həm də mətbəxdə göz yaşı ilə bişirilən çörəkdir, gecələr gizlincə edilən dualardır, səhərə ümidlə açılan gözlərdir. Bu kitab məhz həmin görünməyən, amma hər şeyi daşıyan həyat qatını üzə çıxarır…”
Xatırladaq ki, yazıçı-dramaturq Nurəddin Ədiloğlu bir sıra tarixi roman, sənədli povest və dram əsərlərinin, eləcə də Masallının görkəmli şəxsiyyətlərinin həyatına həsr olunmuş “Ruhani dünyası”, “Yarımçıq qalmış şikəstə”, “Sarəng zirvəsi”, “Bizim ağamız”, “Seyid Sadıq aləmi”, “Sonuncu monoloq”, “Masallı Mamed”, “Ölməzlik haqqı”, “Masallı -cənnət Misallı” və digər bədii-publisistik kitabların müəllifidir. Onun ssenariləri əsasında sənədli və bədii filmlər çəkilib, rəhbəri olduğum “Masal Production” film şirkətinin istehsal etdiyi sənədli filmlərdə məsləhətçi kimi fəaliyyət göstərib.
Əgər kimsə Masallının tarixi, mədəniyyəti, mətbəxi, şəxsiyyətləri haqqında öyrənmək istəyirsə onun kitablarına müraciət edə bilər. Nurəddin Ədiloğlu müəllifi olduğu 35 kitabın 32-si bilavasitə və ya dolayısı ilə Masallıdan bəhs edir. Müəllifin qələminə yaxından bələd olan bir jurnalist, ssenarist, ictimai fəal kimi əminəm ki, “Bir ananın taleyi” kitabı anaya, nənəyə, bir sözlə, qadına ülvi duyğular aşılayan bu kitab quzeyli-güneyli Azərbaycanda gənc ailələrin marağına səbəb olacaqdır. 

5-03-2026, 10:19 283

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102