Zakir Həsənov: 1999-cu ildən bəri 3 mindən çox hərbçimiz sülhməramlı missiyalarda iştirak edib

1999-cu ildən bu günədək Azərbaycan Ordusunun 3 mindən çox hərbi qulluqçusu dünyanın müxtəlif regionlarında keçirilən beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edib.

Sumqayit.tv xəbər verir ki,bu barədə müdafiə naziri Zakir Həsənov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin birgə hazırladığı "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat" üçün yazdığı ön sözdə bildirib.

Nazir qeyd edib ki, Azərbaycan sülhməramlılarının fəaliyyəti xidmət etdikləri beynəlxalq qüvvələrin komandanlığı, müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən daim yüksək qiymətləndirilib.

Onun sözlərinə görə, dünyada baş verən geosiyasi proseslər və müxtəlif regionlarda davam edən münaqişələr sülhməramlı missiyaların əhəmiyyətini daha da artırır.

"Azərbaycan dünya birliyinin və BMT-nin üzvü kimi sülhün qorunmasına və qlobal təhlükəsizliyin təmin olunmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Hazırda beynəlxalq sülhün qorunmasına töhfə vermək məqsədilə BMT və NATO-nun müxtəlif əməliyyatlarında Azərbaycan Ordusunun iştirak imkanları araşdırılır", – deyə nazir vurğulayıb.

Zakir Həsənov bildirib ki, sülhməramlı əməliyyatlarda iştirakla bağlı qəbul edilən siyasi qərarlar və Azərbaycan hərbçilərinin peşəkar fəaliyyəti ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, etibarlı tərəfdaş və sülhsevər dövlət kimi tanınmasına mühüm töhfə verib.

Qeyd edək ki, Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin hazırladığı hesabatda silahlı münaqişələrdən sonrakı dövrdə sabitliyin bərpası, atəşkəs rejiminin qorunması və uzunmüddətli sülhün təmin edilməsində sülhməramlı əməliyyatların rolu geniş təhlil olunur. Üç fəsildən ibarət tədqiqatda həm sülhməramlı əməliyyatların nəzəri əsasları, həm də Azərbaycan Ordusunun bu sahədə topladığı təcrübə ətraflı təqdim edilir.


2-07-2026, 14:05 65

Digər xəbərlər

Əkiz bacılar eyni ixtisasa qəbul oldular – SUMQAYITDA TƏHSİL ALACAQLAR

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 22:50
Dünən, 13:46
Dünən, 13:35
Dünən, 12:37
Dünən, 12:29
Dünən, 12:25
Dünən, 11:46
Dünən, 11:43
Dünən, 11:39
Dünən, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
24-08-2026, 15:20
24-08-2026, 14:57
24-08-2026, 13:15
24-08-2026, 11:46
24-08-2026, 11:40
24-08-2026, 11:27
24-08-2026, 11:19
24-08-2026, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1102