Sumqayıtda Polis Günü münasibətilə tədbir keçirilib-FOTO

2 İyul – Polis İşçilərinin Peşə Bayramı Günü münasibətilə Sumqayıt şəhərində təntənəli tədbir keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyəti, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib. O, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanladığı təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bildirilib ki, Azərbaycan polisi ötən 108 il ərzində dövlətçilik ənənələrinin qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm xidmətlər göstərib. Qeyd olunub ki, son illərdə hüquq-mühafizə orqanlarında həyata keçirilən islahatlar polis fəaliyyətinin daha da təkmilləşdirilməsinə, ictimai asayişin etibarlı qorunmasına və vətəndaş məmnunluğunun artırılmasına mühüm töhfə verib.

Tədbirdə Azərbaycan polisinin keçdiyi şərəfli inkişaf yolundan bəhs edən məruzə dinlənilib. Çıxışda vurğulanıb ki, milli polis orqanlarının əsası 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qoyulub. Həmin tarixdən etibarən Azərbaycan polisi mürəkkəb, eyni zamanda şərəfli inkişaf yolu keçərək dövlətə və xalqa sədaqətlə xidmət edib.

Daha sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, polis orqanları ölkədə ictimai sabitliyin, qanunun aliliyinin və vətəndaşların təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyəti dövlətçiliyin möhkəmləndirilməsi və cəmiyyətin təhlükəsizliyinin qorunmasının əsas amillərindən biridir.

Digər çıxış edənlər də Azərbaycan polisinin dövlətə və xalqa xidmətlərini yüksək qiymətləndirərək şəxsi heyətə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə daxili işlər orqanlarının inkişafına xüsusi diqqət göstərildiyi, polis sistemində mühüm islahatların həyata keçirildiyi və Ulu Öndərin 1998-ci il 24 may tarixli Fərmanı ilə 2 iyul tarixinin "Polis Günü" peşə bayramı kimi təsis edilməsinin Azərbaycan polisinə göstərilən dövlət qayğısının bariz nümunəsi olduğu vurğulanıb.

Tədbirin sonunda polis orqanlarında səmərəli xidmətinə, xidmətdə fərqləndiyinə və peşə fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə Sumqayıt Şəhər Polis İdarəsinin bir qrup əməkdaşı fəxri fərmanlarla təltif olunub.

 

 

 

 

 

 


2-07-2026, 19:29 227

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102