Şəhid FHN əməkdaşının ailəsi ziyarət edilib




Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 8 Noyabr - Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə endirilən raket zərbələri nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş FHN əməkdaşı Şəfiyev Rəşad Vaqif oğlunun ailəsinə baş çəkib.

Sumqayit.tv xəbər verir ki, Mehman İsmayılov şəhidin ailəsini Zəfər Günü münasibətilə təbrik edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə düşmən tapdağı altında olan torpaqlarımızın cəmi 44 gün ərzində azad olunmasını şanlı tariximizin misilsiz Zəfər səhifəsi adlandırıb. O, həmçinin bildirib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri də müharibə dövründə əzmkarlıq nümayiş etdirib, düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər. Qeyd edib ki, 4 iyul 2019-cu ildən FHN-in Mülki müdafiə qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayan Rəşad Şəfiyev işgüzar, məsuliyyətli, vətənpərvər hərbi qulluqçu kimi qısa vaxtda kollektivin hörmətini qazana bilmişdi.
Xatirə şəkli çəkildikdən sonra FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən Zəfər Günü münasibətilə gətirilən bayram sovqatları şəhidin ailəsinə təqdim edilib.
Xatırladaq ki, Ermənistanın dinc əhalini hədəfə alaraq 28 oktyabr 2020-ci ildə Bərdə şəhərinə endirdiyi raket zərbələri nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən FHN-in Mülki müdafiə qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şəfiyev Rəşad Vaqif oğlu şəhid olub. Doğulduğu Gəncə şəhərində torpağa tapşırılan şəhidin bir qız və bir oğlan övladı yadigar qalıb.

10-11-2021, 09:32 175

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065