Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.Sumqayit.tv xəbər verir ki, Nəzarət tədbirləri çərçivəsində
2021-ci il noyabrın 11-də ölkə üzrə
392 ictimai iaşə obyektində
673 monitorinq keçirilib. Monitorinqlər zamanı
6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küç., ev 29 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting And Managment" MMC-yə məxsus “Baku Voice” restoranı;
2. Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küç., ev 205 ünvanında yerləşən, fiziki şəxs Mürsəlov Elnur Abbasəli oğluna məxsus restoran;
3. Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev küçəsi 7 ünvanında yerləşən, fiziki şəxs Şəmiyev Nəzir Baharəddin oğluna məxsus kafe;
4. Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. 8a ünvanında yerləşən, fiziki şəxs Hidayətov Ramil Yurik oğluna məxsus kafe;
5. Bakı şəhəri, Xocalı pr. 14 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Sadiq Ağarza oğluna məxsus “Taksim Kebap” restoranı;
6. Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, fiziki şəxs Əliyev Rasim Sərkər oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.