Azərbaycanda vətəndaşların sağlamlıq məlumatlarının yer aldığı elektron profillər yaradılacaq.
Sumqayit.tv xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev məlumat verib.
Onun sözlərinə görə, yeni yaradılacaq sistemdə qadının hamiləlik dövründən başlayaraq şəxs vəfat edənədək onun sağlamlığına dair bütün məlumatlar toplanacaq: "Toplanan məlumatlar əhalinin sistemli və keyfiyyətli müalicə almasını, əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağı və buna uyğun gələcək səhiyyə strategiyasının formalaşdırılmasını təmin edəcək".