Göygöldə antisanitar şəraitdə fəaliyyət göstərən kolbasa sexinin fəaliyyəti məhdudlaşdırılıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlik əməkdaşları tərəfindən Göygöl rayonunun Qızılqaya qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Hacıyev Mehman Zülfü oğluna məxsus kolbasa məmulatlarının istehsalı sexində keçirilmiş yoxlama zamanı müəssisədə normativ hüquqi aktların və sanitariya-gigiyena qaydalarının tələblərinə riayət olunmadığı müəyyən edilib. Müəssisədə “Təmiz və Saf” nişanı adı altında istehsal olunan məhsulların etiketlərində tərkibi ilə bağlı reallığı əks etdirməyən, həqiqətə uyğun olmayan məlumatların yer aldığı, məhsulun üzərində istehsal tarixinin və yararlılıq müddətinin qeyd olunmadığı və digər nöqsanlar aşkar olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və məhsulların ticarət dövriyyəsinə daxil edilməsinin qarşısı alınıb. Müəssisədə istehsal olunmuş məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub. Hazırda araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

11-02-2022, 12:44 240

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064