“Aqroekspress” layihəsi çərçivəsində Rusiyaya növbəti yük qatarı göndərilib

 

Fevralın 21-də “Aqroekspress” layihəsi çərçivəsində 1000 tonadək meyvə və tərəvəz məhsulları 20 vaqondan ibarət sürətli qatar vasitəsilə Astara stansiyasından Rusiyanın Dərbənd stansiyasına yola salınıb.

Sumqayit.tv xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri və sahibkarlar iştirak ediblər.
Astara stansiyasının “Aqroekspress” sürətli yükdaşımalar marşrutuna daxil edilməsi bu xidmətin Azərbaycanda miqyasının genişləndirilməsinə, habelə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində imkanlarının artırılmasına yönəlmiş növbəti addımdır.
Məlumat üçün bildirək ki, fevralın 12-də “Aqroekspress” layihəsi çərçivəsində ölkəmizdə istehsal olunan 1000 tonadək xurma 17 vaqondan ibarət sürətli qatar vasitəsilə Ləcət stansiyasından Rusiyanın Moskva vilayətinin Selyatino stansiyasına yola salınıb.
Qeyd: “Aqroekspress” layihəsi “Aliance Logistics” MMC şirkəti və “Rusiya Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “RJD Logistika” Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan-Rusiya Biznes Şurasının, “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyətinin, “Roseksimbank”ın, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Rusiya Dəmir Yolları”nın dəstəyi ilə həyata keçirilir. “Aqroekspress” “RJD Logistika” və “Rusiya İxrac Mərkəzi” səhmdar cəmiyyətləri tərəfindən təqdim olunan, iki ölkə arasında sürətli qatarların köməyi ilə yüklərin çatdırılmasına yönəlmiş xüsusi xidmətdir. Bu layihə effektiv şəkildə qurulmuş ixrac-idxal loqistikası sayəsində yüklərin çatdırılma müddətinin qısaldılmasına və nəqliyyat xərclərinin azaldılmasına imkan yaratmaqla yanaşı, sahibkarlığın inkişafına dəstəkdir.

22-02-2022, 12:17 168

Digər xəbərlər

Ölən 10 yaşlı uşağı mal peyini ilə diriltmək istədilər - DƏHŞƏT

44 rəsmdə 44 qəhrəmanlıq hekayəsi – Sumqayıtda “Zəfərin rəngi” sərgisi keçirilib FOTO

Prezident İlham Əliyev Cəbrayılda “Şəms” və “Üfüq” Günəş Elektrik Stansiyalarının təməlini qoydu

umqayıtda oktyabr ayı üzrə bütün sosial ödənişlər tam şəkildə həyata keçirilib

Sumqayıtda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Şahhüseynov dəfn edilib - FOTO

Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət -FOTO-VİDEO

Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL

Sumqayıtın deputatı: Vətən müharibəsində qazanılan Zəfər hər birimizin həyatında xüsusi yer tutur

Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru

"Sumqayıt"ın Yankoviçi "Qarabağ"dakı adaşından DANIŞDI

Sumqayıtda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Bakı-Sumqayıt yolunda sıxlıq – səhər saatlarında tıxac yaranıb

Sumqayıtda 21 yaşlı qız binadan yıxılaraq dünyasını dəyişib - Fotosu

“Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı

Kamerun dünyanın ən yaşlı prezidentini seçdi

Sinaqoqa qarşı terror aktı həyata keçirməyə cəhddə təqsirləndirilən şəxsə hök

Sumqayıt və Sarayda Birinci Qarabağ Müharibəsinin itkin düşmüş şəhidinin dəfn mərasimi keçiriləcək

Azərbaycan Kuboku: “Sumqayıt” komandası Zaqatalada qüvvəsini sınayacaq

"Sumqayıt" daha bir basketbolçunun keçidini reallaşdırıb - VİDEO

Sumqayıtın böyük bir ərazisində su kəsintisi olacaq – RƏSMİ

1 2 3 4 5 6 7 8 9 10 ... 976
Bu gün, 19:52
Bu gün, 18:11
Bu gün, 17:35
Bu gün, 17:25
Bu gün, 14:59
Bu gün, 14:56
Bu gün, 12:12
Bu gün, 11:41
Bu gün, 11:25
Bu gün, 11:20
Bu gün, 11:00
Bu gün, 09:39
Dünən, 23:06
Dünən, 22:14
Dünən, 19:59
Dünən, 19:53
Dünən, 18:43
Dünən, 18:34
Dünən, 18:07
Dünən, 17:21
Dünən, 14:17
Dünən, 14:00
Dünən, 12:25
Dünən, 12:11
Dünən, 12:09
Dünən, 12:04
Dünən, 11:52
Dünən, 11:38
Dünən, 11:30
26-10-2025, 22:02
26-10-2025, 21:44
26-10-2025, 20:30
26-10-2025, 16:29
26-10-2025, 16:22
26-10-2025, 16:17
26-10-2025, 16:15
26-10-2025, 15:58
26-10-2025, 15:47
26-10-2025, 15:45
26-10-2025, 15:40
1 2 3 4 5 6 7 8 9 10 ... 976