Müəllimlərlə daimi əmək müqaviləsinin bağlanmasına start verilir



Martın 1-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olunmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə daimiləşmə müsabiqəsinə başlanılıb. 

Daimiləşmə müsabiqəsində cari tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsil almış, 31 yanvar 2022-ci ilədək müvafiq vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün elektron sənəd qəbulu 1-7 mart tarixlərində həyata keçiriləcək. Namizədlər  www.miq.edu.az/muqavile saytına daxil olaraq daimiləşmə müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 7 mart saat 23:59-dur. 

Qeyd edək ki, cari tədris ili üzrə daimiləşmə müsabiqəsi ənənəvi formatda həyata keçiriləcək. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra müsahibənin keçiriləcəyi tarix, saat və məkan barədə məlumat şəxsi səhifələrə göndəriləcək.

Eyni zamanda mövcud qaydalara görə, daimiləşmə müsabiqəsində uğur qazanan şəxslərin üç tədris ili ərzində keçiriləcək müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində iştirakı təmin olunmayacaq.

Əlavə olaraq, namizədlər www.miq.edu.az/muqavile saytında “Sual-cavab” bölməsinə daxil olaraq müsabiqə ilə bağlı ətraflı məlumat əldə edə bilərlər: 

Sual-cavab: https://miq.edu.az/muqavile/faq-online 

Müsabiqədə iştirak edəcək müəllimlərə uğurlar arzulayırıq!

1-03-2022, 10:45 166

Digər xəbərlər

Sumqayıtda sakinlər yoldakı problemə görə kömək istəyirlər - FOTO

Abbas Əraqçi Pakistana gedir: Vaşinqtonla kritik görüşün detalları sızdı

Sumqayıt məktəbliləri buraxılış imtahanında maksimum nəticə göstəriblər - FOTO

Qobustanda torpaq çökdü – 1 nəfər xilas edildi, 1 nəfər həlak oldu - VİDEO

Əli Əsədov fərdi istilik sistemləri ilə bağlı yeni qaydaları təsdiqlədi

Kür çayı ilə bağlı ŞOK - 10 il əvvəlki fəlakət təkrarlana bilər

İran raket taktikasını DƏYİŞDİ: Yeraltı bazalarda təhlükəli əməliyyat - FOTOLAR

AZAL-dan Naxçıvan reysləri ilə bağlı sərnişinlərə çağırış

Qadınları pul müqabilində görüşdürən şəxs həbs olundu – Sumqayıtda da fəaliyyət göstərib

Sumqayıtda sakinlər 20 illik yol probleminə görə kömək istəyirlər - FOTO

Zakir Fərəcov Sumqayıtda növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Türk milyarderin satdığı 73 illik zavod BAĞLANDI

Sumqayıtda sakinlərdən tikinti şikayəti: “Evimiz çatlayıb” – qarşı tərəf iddiaları rədd edir

Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi

Sumqayıtda yarımçıq tikili milyonlarla manata satıldı

Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI

Etimaddan Strateji İttifaqa: Bakı–Riqa geosiyasi yaxinlaşması

Azərbaycanda qəsdən adam öldürməyə görə cəzalar açıqlandı

Sumqayıtla bağlı cinayət işi üzrə axtarışda olan şəxs Azərbaycana gətirilib

Sumqayıt və Abşeronda məktəblərdə gözlənilməz yoxlamalar aparılır

1 2 3 4 5 6 7 8 9 10 ... 1044
Bu gün, 16:46
Bu gün, 16:39
Bu gün, 16:34
Bu gün, 16:02
Bu gün, 15:54
Bu gün, 15:38
Bu gün, 15:36
Bu gün, 15:33
Bu gün, 15:11
Bu gün, 14:42
Bu gün, 14:16
Dünən, 21:21
Dünən, 19:28
Dünən, 19:18
Dünən, 16:26
Dünən, 16:17
Dünən, 12:26
Dünən, 12:18
Dünən, 11:56
Dünən, 11:46
Dünən, 09:53
Dünən, 09:46
Dünən, 09:19
22-04-2026, 22:36
22-04-2026, 22:32
22-04-2026, 19:38
22-04-2026, 19:25
22-04-2026, 19:11
22-04-2026, 17:59
22-04-2026, 16:39
22-04-2026, 16:27
22-04-2026, 16:23
22-04-2026, 15:17
22-04-2026, 14:45
22-04-2026, 14:39
22-04-2026, 14:31
22-04-2026, 14:29
22-04-2026, 13:21
22-04-2026, 10:02
21-04-2026, 18:51
1 2 3 4 5 6 7 8 9 10 ... 1044