“Oğul” sənədli filminin təqdimatı keçirildi


Fevralın 28-də Nizami Kino Mərkəzində Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin təqdimatı keçirildi.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin əməkdaşları, yaradıcı heyət, filmin qəhrəmanı Natiq Qasımovun ailə üzvləri və digər qonaqlar iştirak edirdi.

Təqdimatdan öncə jurnalistlərin suallarını cavablandıran ekran işinin rejissoru və ssenari müəllifi Karan Sinq bildirdi ki, film italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırılıb: “Mən Enriko ilə ilk dəfə görüşəndə onun Vyetnamla bağlı şəkilləri haqqında danışmaq istəyirdim. Amma daha sonra o, mənə Qarabağda baş verənlər haqqında danışdı. Ondan sonra başa düşdüm ki, bu hekayə bütün dünyaya tanıdılmalıdır. Bu bəşəri bir hekayədir. Bu filmi izləyən hər kəs ailədə itkinin nə demək olduğunu çox yaxşı anlayacaq”.
Rejissor qeyd etdi ki, üç il ərzində ərsəyə gələn film ABŞ-da iki festivalda iştirak edib. Film martın 1-dən “Park Cinema”da Azərbaycan və ingilis dillərində nümayiş olunacaq.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev film haqqında məlumat verdi. Bildirdi ki, ekran əsəri Azərbaycan bayrağını düşmənə təslim etməyən, sonra aqibəti bəlli olmayan cəsur Vətən oğlundan bəhs edir: “Mənim yaxın bir qohumum da Şuşada itkin düşmüşdü. Ona görə də bu ağrı mənə çox yaxındır. Film, əslində, Azərbaycan tarixinin bir səhifəsinin ifadəsidir. Filmdə bir çox maraqlı məqamlar var. Xocalı faciəsi ilk növbədə düşmənimizi tanımaqda çox vacib bir mərhələ oldu. Düşmənin bu amansızlığını araşdıraraq niyə bizə belə böyük nifrət etdiklərini anlamaqla, əslində, öz tariximizi araşdırmağa başladıq”.
Bu il Xocalı faciəsinin 30-cu ildönümünün qeyd edildiyini söyləyən Elnur Əliyev Xocalı soyqırımına münasibətin həm də mədəniyyət məsələsi olduğunu bildirdi: “Xocalı soyqırımı milliyyətindən, dinindən asılı olmayaraq hər bir insan üçün böyük bir faciədir. Ancaq biz görürük ki, düşmən hələ də bunu faciə olaraq qəbul edə bilmir, hətta əsaslandırmağa çalışır. Bu gün Xocalı soyqırımı haqqında danışmaqda bizim məqsədimiz bu faciənin bir daha baş verməsinin qarşısını almaqdır. Mən Britaniyadan gələn qonaqlarımıza təşəkkür edirəm. Onlar bu mövzuya diqqət yönəldib, belə bir film ərsəyə gətiriblər”.
Daha sonra “Oğul” sənədli filmi nümayiş olundu.
Sonda ekran əsərinin rejissoru və ssenari müəllifi Karan Sinq çıxış edərək filmin nümayişində göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi.
Qeyd edək ki, film 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır. Natiq müharibə zamanı beş gün təkbaşına mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Yalnız ermənilər onu Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra silahını ataraq sığındığı alban kilsəsindən çıxır. Lakin son ana qədər əlindəki Azərbaycan bayrağını ermənilərə vermir. Natiq Qasımovun sonrakı aqibəti məlum deyil.
Rejissor K.Sinq üç il Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni hərbçiləri tərəfindən dindirilən zaman orada olan italiyalı hərbi fotoreportyor Enriko Sarsininin müsahibəsi də filmdə yer alıb.
Təsvir rejissoru Simon Stanford olan 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə edilib.

1-03-2022, 14:19 194

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064