Kadastr-ölçü işlərini AzPOS ilə aparmaq daha rahat


Müasir dövrdə elm və texnoloji yeniliklər geodeziya sahəsində də əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bu sahədə tətbiq edilən “Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları” (Continuously Operating Reference Station-ing) sistemi peyk siqnallarını qəbul edərək koordinatları dəqiqliklə ölçür.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti geodeziya sahəsində beynəlxalq təcrübədə tətbiq edilən ən son nailiyyətlərdən istifadə edir. Belə ki, Xidmət yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən istinad stansiyası olan “AzPOS” (Azerbaijan Positioning Observation System-ing) informasiya sistemini kadastr-ölçü işlərində tətbiq edir.
Fasiləsiz fəaliyyət göstərən AzPOS informasiya sistemi əsasında 8-i işğaldan azad edilmiş ərazilərdə olmaqla 45 stansiya fəaliyyət göstərir. Stansiyaların istifadə radiusu 30 km, əlaqə məsafəsi 70 km-ə qədərdir. Xəritələrin tərtibi və kadastr işləri, mühəndis geodeziya ölçmələri, yeraltı kommunikasiya, planaalma və bu sahədə digər işlər sistemin köməkliyi ilə daha tez və az xərclə həyata keçirilir. Ölçmə işləri aparılarkən böyük əmək tələb edilmir.
Sistem vasitəsilə çöl-ölçmə işləri aparmaq istəyən şirkətlərə, avtomobil və dəmir yolları, su və kanalizasiya, neft kəmərlərinin çəkilişi ilə məşğul olan qurumlara kadastr xidmətləri göstərilir. Binaların tikintisi zamanı dəqiq koordinatların verilməsi üçün, faydalı qazıntıların çıxarılması zamanı, bəndlərin və su anbarlarının, eləcə də seysmik dəyişikliklərə məruz qalan ərazilərin hərəkətinin monitorinqlərində də sistemdən istifadə edilir. Bundan başqa, aqrotexniki vasitələrə quraşdırılan monitorlara AzPOS vasitəsilə ötürülən informasiya ilə məhsul yığımı prosesi daha sistemli və səmərəli olur.
Qeyd edək ki, AzPOS sisteminin xidmətlərindən istifadə etmək istəyən hüquqi və fiziki şəxslər (012) 562 82 70, (050) 229 25 23 əlaqə nömrələrinə və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

1-03-2022, 14:52 217

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064