Qidaların zənginləşdirilməsi - AQTA maarifləndirir


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssislərinin hazırladığı budəfəki maarifləndirici mövzumuz isə qidaların zənginləşdirilməsinin əhəmiyyəti haqqındadır.

Texnoloji emal prosesi nəticəsində qida mәhsulları öz faydalı xüsusiyyәtlәrinin bir qismini itirir. Bu baxımdan da insan sağlamlığının təmin olunmasında gündəlik istehlak edilən qida məhsullarının zəruri komponentlərlə zənginləşdirilməsi səmərəli çıxış yolu sayılır. Qidaların  tərkibinin yaxşılaşdırılması üçün әsasən vitamin vә minerallardan istifadə olunur. Zәnginlәşdirilәn qida məhsullarına әsasәn duz, buğda vә qarğıdalı unu, şәkәr, bitki yağları, düyü və s. göstərmək olar. 
Ən çox zənginləşdirilən qida məhsulları arasında buğda unu xüsusilə seçilir. Unun zənginləşdirilməsi, yəni mikronutriyentlərin kiçik miqdarının una əlavə olunması zəruri qida maddələri çatışmazlığının aradan qaldırılmasında düzgün yanaşma üsulu hesab olunur. Unun zənginləşdirilməsi onun emalı zamanı itirilmiş komponentlәrin bərpa olunmasını təmin edir.
Qidaların zәnginlәşdirilmәsi qeyri-düzgün qidalanma nəticəsində yaranan bir sıra xәstәliklәrin aradan qaldırılmasında özünü doğruldub. Belə ki, qidaların zənginləşdirilməsi bir sıra xəstəliklərin qarşısının alınmasına, immun sistemin gücləndirilməsinə və koqnitiv inkişafa (idrak, qavrama, intellekt və s.) müsbət təsir göstərir.
Qeyd edək ki, zənginləşdirilmiş qidalar orqanizmdə müəyyən qida maddələrinin çatışmazlığının qarşısını almaq üçün bir və ya bir neçə fizioloji funksional inqrediyentin əlavə olunduğu ənənəvi qidalardır. Zənginləşdirilmiş qidaların bir sıra növləri vardır:
- Vitamin və minerallarla zənginləşdirilmiş məhsullar;
- Zülalla zənginləşdirilmiş məhsullar;
- Qida lifi ilə zənginləşdirilmiş məhsullar;
- Probiotik mikroorqanizmlərlə zənginləşdirilmiş məhsullar.
Qidanın mikronutriyentlərlə zənginləşdirilməsi aşağıdakı prinsiplərə əsaslanır:
- qida məhsullarının zənginləşdirilməsi üçün çatışmazlığı olan, eləcə də geniş yayılmış və sağlamlıq üçün təhlükəsiz sayılan mikroelementlərdən istifadə edilməlidir. Məsələn, C, E, B qrupu vitaminləri, fol turşusu, karotin, həmçinin yod, dəmir və kalsium kimi minerallar və s.
- vitamin və minerallarla gündəlik qidalanmada müntəzəm olaraq istifadə edilən kütləvi istehlak məhsullarını zənginləşdirmək lazımdır. Bu məhsullara un və çörək məhsulları, süd və süd məhsulları, duz, şəkər, içkilər, uşaq qidaları və s. aid edilir.
- qida məhsullarının vitamin və minerallarla zənginləşdirilməsi onların istehlak xassələrini pozmamalıdır: onların tərkibində olan digər qida maddələrinin tərkibini və həcmini azaltmaq, məhsulların dadını, qoxusunu, təzəliyini əhəmiyyətli dərəcədə dəyişmək, saxlama müddətini azaltmaq;
- tətbiq olunan yaxşılaşdırıcıların bir-birilə və zənginləşdirilmiş məhsulun komponentləri ilə kimyəvi qarşılıqlı təsirinin mümkünlüyünü nəzərə almaq, həmçinin belə birləşmələri, formaları, üsulları və tətbiq mərhələlərini seçmək lazımdır. İstehsalı və saxlanması zamanı məhsulun maksimum təhlükəsizliyi qorunmalıdır.
- istehsalçı tərəfindən tənzimlənən vitamin və mineralların tərkibi zənginləşdirilmiş məhsulun adi istehlak səviyyəsində həmin mikroelementlərə olan orta gündəlik tələbatın 30-50 %-ni ödəməyə kifayət etməlidir.
- qablaşdırma üzərində tətbiq olunmuş yaxşılaşdırıcıların tərkibi mütləq göstərilməlidir.
- zənginləşdirilmiş məhsulların effektivliyi yalnız təhlükəsizliyini, məqbul dadını deyil, həm də yaxşı həzm olunduğunu, orqanizmə daxil olan vitamin və minerallarla təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq qabiliyyətini nümayiş etdirərək sınaqdan keçirilməklə təsdiqlənməlidir.

4-03-2022, 11:16 189

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064