“AzerGold” tələbələri mükafatlandırıb



Martın 10-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) peşə və ali təhsil müəssisələri üçün elan etdiyi təqaüd proqramı müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Emin Əmrullayev, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov,  Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov, eləcə də ali təhsil müəssisələrinin rektorları və müsabiqə qalibləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “AzerGold” təqaüdünü qazanmış tələbələri təbrik edib, onlara təhsil və karyera həyatında uğurlar arzu edib. İdarə Heyətinin sədri təqaüd proqramları haqqında ətraflı bəhs edərək, layihənin Cəmiyyətin orta və uzunmüddətli strategiyası çərçivəsində müəyyən edilmiş kadr ehtiyacları üzrə resursların zamanında cəlb olunması planı çərçivəsində ötən ilin sonlarından etibarən həyata keçirildiyini qeyd edib. Bildirilib ki, sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələri əhatə edən layihənin əsas məqsədi təhsilə marağın daha da artırılması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.
 
Zakir İbrahimov həmçinin Səhmdar Cəmiyyətin Azərbaycanda fəaliyyət göstərən bir sıra ali və peşə təhsili müəssisələrinə kadr hazırlığı sahəsində gördüyü işlərdən bəhs edib. Sədr mütəxəssislərin ixtisas biliklərinin artırılması, təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlığın yaradılması məqsədilə 8 yerli təhsil müəssisəsi ilə əməkdaşlıq memorandumu və protokolu çərçivəsində işlər görüdüyünü bildirib. 2017-ci ildə ilk olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti ilə memorandum imzalanıb. 2018-ci ildə Azərbaycan Diplomatik Akademiyası, 2019-cu ildən isə Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Dövlət Universiteti ilə  əməkdaşlığa start verilib. Ötən ildən isə Azərbaycan Texniki Universiteti və Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başlanılıb.
 
İdarə Heyətinin sədri bildirib ki, ali məktəblərlə əldə olunmuş razılaşmalara uyğun olaraq, müvafiq peşə-ixtisas sahəsi üzrə təhsil alan tələbələrin Cəmiyyətin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə mütəmadi səfərləri təşkil olunur. Beləliklə, ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələnən tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olurlar. Bununla yanaşı, Səhmdar Cəmiyyətin mütəxəssisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər. Elan edilmiş müvafiq vakansiyalara uyğun işçilərin cəlb edilməsində təcrübə proqramlarında iştirak etmiş məzunlara üstünlük verilir.

Təhsil naziri Emin Əmrullayev peşə sahəsində “AzerGold” QSC ilə mövcud əməkdaşlığın əhəmiyyətinə toxunub. Nazir bildirib ki, təqaüd proqramının tətbiqi gənclər üçün stimul kimi qiymətləndirilə bilər. Nazir həmçinin işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılmasının zəruriliyindən danışıb. 
 
Emin Əmrullayev çıxışının sonunda təqaüd proqramını qazanmış tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov da öz növbəsində “AzerGold” QSC ilə PTDA arasında mövcud əməkdaşlıqdan danışıb. Ceyhun Kərəmov deyib ki, 2021-ci ildə imzalanmış əməkdaşlığa dair fəaliyyət planına uyğun olaraq həyata keçirilən təqaüd proqramına Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən ümumilikdə 56 tələbə müraciət edib. Ceyhun Kərəmov əlavə edib ki, “AzerGold” QSC-nin əməkdaşları bir neçə peşə təhsil müəssisəsinin müəllim heyəti üçün ixtisasartırma təlimləri keçirib və onların şirkətin istehsalat sahələrinə səfəri təşkil edilib. Cari ildə əməkdaşlıq çərçivəsində yeni təhsil proqramlarının və tədris resurslarının hazırlanması, maddi-texniki bazanın müasirləşdirilməsi nəzərdə tutulub.

Tədbirdə qeyd edilib ki, ali təhsil müəssisələrindən 9, peşə təhsili müəssisələrindən isə 18 tələbə “AzerGold” təqaüdünün qalibi olub. Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədi ilə 27 qalibin hər biri üçün 9 ay müddətində ümumilikdə 1800 AZN məbləğində təqaüdün verilməsinə artıq başlanılıb. Proqramda iştirak etmiş tələbələrin gələcəkdə müvafiq vəzifələr üzrə işlə təmin edilməsi də nəzərdə tutulur.

Daha sonra təqaüd proqramını qazanmış tələbələrin təmsil olunduğu universitetlər – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin rektorları çıxış edərək “AzerGold” arasında imzalanmış anlaşma memorandumu çərçivəsində görüləcək işlər və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramının əhəmiyyəti barədə çıxışlar ediblər.
Sonda təqaüd proqramını qazanmış tələbələrə sertifikat və xatirə hədiyyələri təqdim olunub.




















11-03-2022, 10:39 207

Digər xəbərlər

Prezident İlham Əliyev Cəbrayılda “Şəms” və “Üfüq” Günəş Elektrik Stansiyalarının təməlini qoydu

umqayıtda oktyabr ayı üzrə bütün sosial ödənişlər tam şəkildə həyata keçirilib

Sumqayıtda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Şahhüseynov dəfn edilib - FOTO

Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət -FOTO-VİDEO

Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL

Sumqayıtın deputatı: Vətən müharibəsində qazanılan Zəfər hər birimizin həyatında xüsusi yer tutur

Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru

"Sumqayıt"ın Yankoviçi "Qarabağ"dakı adaşından DANIŞDI

Sumqayıtda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Bakı-Sumqayıt yolunda sıxlıq – səhər saatlarında tıxac yaranıb

Sumqayıtda 21 yaşlı qız binadan yıxılaraq dünyasını dəyişib - Fotosu

“Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı

Kamerun dünyanın ən yaşlı prezidentini seçdi

Sinaqoqa qarşı terror aktı həyata keçirməyə cəhddə təqsirləndirilən şəxsə hök

Sumqayıt və Sarayda Birinci Qarabağ Müharibəsinin itkin düşmüş şəhidinin dəfn mərasimi keçiriləcək

Azərbaycan Kuboku: “Sumqayıt” komandası Zaqatalada qüvvəsini sınayacaq

"Sumqayıt" daha bir basketbolçunun keçidini reallaşdırıb - VİDEO

Sumqayıtın böyük bir ərazisində su kəsintisi olacaq – RƏSMİ

Avro ucuzlaşdı, dollar sabit qaldı – Sumqayıt əhalisinin diqqətinə - RƏSMİ

Saray-Sumqayıt marşrutunda avtobus skandalı – “Karsan”lar xətdən çıxarıldı: Daşıyıcı şirkətdən AÇIQLAMA

1 2 3 4 5 6 7 8 9 10 ... 976
Bu gün, 17:35
Bu gün, 17:25
Bu gün, 14:59
Bu gün, 14:56
Bu gün, 12:12
Bu gün, 11:41
Bu gün, 11:25
Bu gün, 11:20
Bu gün, 11:00
Bu gün, 09:39
Dünən, 23:06
Dünən, 22:14
Dünən, 19:59
Dünən, 19:53
Dünən, 18:43
Dünən, 18:34
Dünən, 18:07
Dünən, 17:21
Dünən, 14:17
Dünən, 14:00
Dünən, 12:25
Dünən, 12:11
Dünən, 12:09
Dünən, 12:04
Dünən, 11:52
Dünən, 11:38
Dünən, 11:30
26-10-2025, 22:02
26-10-2025, 21:44
26-10-2025, 20:30
26-10-2025, 16:29
26-10-2025, 16:22
26-10-2025, 16:17
26-10-2025, 16:15
26-10-2025, 15:58
26-10-2025, 15:47
26-10-2025, 15:45
26-10-2025, 15:40
26-10-2025, 15:33
26-10-2025, 15:17
1 2 3 4 5 6 7 8 9 10 ... 976