İran Fransaya nota verib



Fransa səfiri İran XİN-ə çağırılıb.
Sumqayit.tv
apa-ya istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani məlumat verib.
Kənani bildirib ki, Fransa nəşrinin nüfuz, müqəddəslik, dini və milli dəyərləri təhqir edən hərəkətindən sonra Fransanın İran İslam Respublikasındakı səfiri bu gün axşam saatlarında Xarici İşlər Nazirliyinə çağırılıb.
Kənani İran tərəfin kəskin etirazını Fransa hökumətinə çatdırdığını bildirərək əlavə edib: “İran İslam Respublikası onun islami, dini və milli müqəddəsliklərinin təhqir edilməsini qəbul etmir və Fransanın söz azadlığı bəhanəsi ilə müsəlman xalqlarının müqəddəs dəyərlərini təhqir etməyə haqqı yoxdur.”
Kənani İran İslam Respublikasının mütənasib cavab vermək hüququnu özündə saxladığını bildirərək, bununla bağlı ölkəsinin Xarici İşlər Nazirliyinin rəsmi etiraz notasını Fransa səfirinə təqdim etdiyini bildirib.
“İran İslam Respublikası Fransa nəşrinin qəbuledilməz davranışını pisləmək üçün Fransa hökumətinin izahatını və təzminat xarakterli cavabını gözləyir“, - sözçü qeyd edib.
Qeyd edək ki, məşhur fransız satirik jurnalı "Charlie Hebdo" İranın Ali Rəhbəri Əli Xameneini ələ salan karikaturalardan ibarət xüsusi buraxılış dərc edib.

5-01-2023, 09:08 131

Digər xəbərlər

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirdi: Sumqayıt üçün yeni əməkdaşlıq imkanları

Yumurta rekord həddə ucuzlaşır: Səbəblər açıqlandı

Hakim olmaq istəyənlərə şad xəbər: Yeni təyinatlar davam edir

 Sabah Sumqayıtda hava necə olacaq?

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 16:36
Bu gün, 16:12
Bu gün, 15:08
Bu gün, 15:00
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1068