Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, onun ölkəsi üçün Krım və Donbass müstəsna olaraq Ukraynanın bir hissəsidir.
Sumqayit.tv Bu barədə o, “Bloomberg”ə müsahibəsində bəyan edib.
Dövlət başçısı vurğulayıb ki, müharibədə “ən pisi hələ qarşıdadır”.
O, həmçinin qeyd edib ki, Kreml rəhbəri Vladimir Putinlə uzun aylardır əlaqə saxlamayıb.
“Biz əvvəldən demişdik ki, Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyə bilmərik və buna haqqımız da yoxdur. Bizim üçün Krım Ukraynadır, Donbass Ukraynadır və həmişə belə olacaq”, - prezident deyib. /oxu.az/