Sentyabrın 21-24-də Rusiyanın Moskva şəhərində “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi keçiriləcək.Sumqayit.tv xəbər verir ki, sərgidə Azərbaycanın 20-dən çox şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. vahid ölkə stendi ilə nümayiş etdiriləcək. Həmçinin, sərgidə ölkəmizin mədəniyyəti, turizm, biznes və investisiya imkanları təbliğ olunacaq.
Qeyd edək ki, Azərbaycan bu il artıq 5-ci dəfə “WorldFood 2021” sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq.