"Başına yastıq basıb güllələyiblər"– NATO hərbçilərinin Əfqanıstanda törətdiyi cinayətlər


İşğala məruz qalan istənilən ölkənin vətəndaşlarının taleyi hər zaman tükdən asılı olur. İşğalçılar nə qədər “mədəni, humanist, qanunpərəst dövlət”dən olsalar da, onlar istənilən vaxt səlahiyyət hədlərini aşa, təqsirli-təqsirsiz olmalarına baxmayaraq, yerli sakinlərə divan tuta, bu zaman cəzasız qala bilirlər.
İşğalçılığın bu dəyişməz qayda-qanunu günümüzdə də qüvvədədir. Buna dair ən son hadisələr isə bir neçə il öncəyə qədər ABŞ-nin rəhbərlik etdiyi NATO kontingenti tərəfindən işğal altında saxlanılan Əfqanıstanda baş verib.
Böyük Britaniyanın SAS xüsusi təyinatlı qüvvələrinin işğal olunmuş Əfqanıstandakı hərəkətləri ilə bağlı ifşaedici materiallar üzə çıxıb. Həm də bu materialları işıqlandıran başqa bir ölkənin mediası deyil, Britaniyanın özünün qaim-qədim “Qardian” nəşridir.
Qəzetin hazırladığı materialda hadisələrin şahidi və iştirakçısı olan əsgər xüsusi təhqiqat komissiyasına danışıb ki, SAS-ın əfqanları öldürməsi adi hal olub. Bu istiqamətdə aparılan istintaq Əfqanıstandakı elit qüvvələrin “təhlükə törətsə də, etməsə də, bütün kişiləri göz qabağında öldürmək” siyasəti apardığını üzə çıxarıb.
“Qardian” yazır ki, elit qüvvələrin törəmə bölməsinin keçmiş üzvünün araşdırma komissiyasına verdiyi məlumata görə, Əfqanıstanda SAS tərəfindən əfqanların aşağılayıcı şəkildə "artıqlamasilə öldürüldüyü" təsvir edilib.
Qəzetə görə, N1799 kimi tanınan əsgər 2011-ci ildə Əfqanıstanda xidmət edən SAS əsgəri ilə söhbəti zamanı bu müddət ərzində əfqanları öldürənlərin yaşıyla və qətl üsullarıyla bağlı şoka düşdüyünü söyləyib.
Həmin vaxt N1799 öz rəhbərlərinə Əfqanıstandakı SAS-ın “təhlükə törətməsindən asılı olmayaraq bütün insanları öldürmək” siyasətinin olduğuna inandığını deyib, lakin sorğuya verdiyi ifadədə daha çox eşitdiklərindən bəhs edib.
İstintaqın sözçüsü Oliver Qlazqo onun nə demək istədiyini izah etməsini xahiş edəndə, əsgər deyib ki, N1201 kimi tanınan bir SAS hərbçisi təlim kursunda olarkən ona Əfqanıstandakı əməliyyatlar zamanı birini tapança ilə öldürməzdən əvvəl başına yastıq basıb atəş açdığını söyləyib.
Bu açıqlamaları verən əsgər 2010-2013-cü illər arasında SAS-ın Helmandda yerləşən bölmələrinin 80-ə qədər mülki əfqanı öldürməsi ilə bağlı aparılan araşdırma üzrə ifadə verən yeddi komandir və əsgərdən biridir.
SAS və xüsusi qayıq xidmətinin (SBS) əməkdaşları Liviya və Suriya, eləcə də Əfqanıstanda məxfi missiyalar zamanı Britaniyanın elit əsgərlərinin hərəkətləri ilə bağlı getdikcə artan rəsmi araşdırmalara cəlb olunurlar.
Bu yaxınlarda məlum olub ki, iki il əvvəl Liviyada terror şübhəlisinin ölümü ilə nəticələnən avtomobil təqibindən sonra SBS-nin dörd əməkdaşı barədə hərbi polis tərəfindən təhqiqat aparılır. “Daily Mail” xəbər verir ki, elit əsgərlər sonda maşını mühasirəyə alıb, atəş açıb və sərnişini öldürüblər.
Beş SAS əsgəri də Suriyada cihadçı olduğu iddia edilən birinin ölümü ilə bağlı qətl ittihamı ilə üzləşə bilər. Onlar həmin şəxsi saxlayıb həbs etmək imkanı olduğu halda ona həddindən artıq zor tətbiq etməkdə və öldürməkdə ittiham olunurlar və istintaq davam edir.
N1799-un ifadəsi əvvəlcə milli təhlükəsizliyi qorumaq üçün gizli şəkildə verilib, lakin istintaqın şəffaf olması üçün xülasələr və redaktə edilmiş stenoqramlar bu həftənin əvvəlində yayılıb.
Sədrlik edən hakim Çarlz Heddon-Keyv həmçinin N1799-un və ifadə verən digər şəxslərin kimliyinin açıqlanmaması barədə qərar verib. N1799 SAS-ın Əfqanıstanda necə fəaliyyət göstərdiyinə dair N1201-in açıqlamalarını dinləyəndə SBS-nin törəmə bölməsində xidmət edib.
Bildirilir ki, SAS və SBS əməliyyatları gizli şəkildə aparılır və bölmələrin rəhbəri, xüsusi təyinatlı qüvvələr hərbi komandanlıq zəncirinin bir hissəsi olsa da, birbaşa krallığın baş nazirinə tabedirlər.
N1799 həmçinin istintaqa bildirib ki, şəxsi təhlükəsizliyi və rifahı üçün hələ də qorxur, çünki adı SAS-ın əfqan mülki vətəndaşlarını öldürdüyü iddiaları zamanı çəkilərsə, “susqunluq kodeksi”ni pozmuş sayılacaq, keçmiş və indiki SAS üzvləri onu satqın hesab edəcəklər.
Britaniyanın Müdafiə Nazirliyi xüsusi təyinatlıların fəaliyyəti və ya davam edən ictimai araşdırma ilə bağlı şərh vermədiyini bildirib.
Göründüyü kimi, bu, hələ nümunəvi, qanunçuluğa maksimum riayət edən ingilis hərbçilərin törətdiyi hərbi cinayətlərin bir hissəsidir. Bunlar belə edəndən sonra qəddarlığı ilə ad çıxarmış ABŞ hərbi kontingentinin Əfqanıstanda, İraqda mülki əhaliyə qarşı necə amansızlıqlar etdiyini təsəvvür etmək çətin deyil. Zatən, onların bu cür fəaliyyətinə dair xəsis statistik məlumatlar mövcuddur, lakin bu məlumatların ətürpədici təfərrüatları naməlumdur.
Böyük Britaniyadan fərqli olaraq ABŞ hərbçiləri heç zaman “susqunluq məcəlləsi”ni pozmurlar. Əgər jurnalistlər onların işğal zonasında törətdiyi hərbi cinayətləri nə vaxtsa faş edərsə, işin altından ya tərtəmiz, ya da yüngül cəza ilə sıyrılırlar.
// Musavat.com



8-01-2025, 13:55 43

Digər xəbərlər

Sumqayıtda eyni sürücü yenə qaydanı pozdu: Bu dəfə qapını açmadı

Prezident İlham Əliyev Türkiyəyə GETDİ

İran-İsrail savaşında Ukrayna gedir iddiası - iki baxış

Sumqayıt Dövlət Universiteti ilk dəfə dünya universitetləri reytinqində

Sumqayıtda fabriki yanır

Səbuhi Elnur: “Şəhid Cavid Mirzəyevin adını daşıyan küçəyə asfalt örtüyünün çəkilməsi həm mənəvi, həm də sosial əhəmiyyət daşıyır” - FOTO

Səbinə Salmanova: "İnsan hüquqlarının qorunması dövlətin prioritet siyasətidir"

Sumqayıt Teatrında "Qaravəlli" tamaşasının premyerası keçiriləcək

“Öldürüldüyü” bildirilən Əhmədinejadın ofisi bəyanat yaydı  

İsrail İranın hücumlarına görə 1 günə MİLYONLAR xərcləyir - ŞOK RƏQƏM

Sumqayıtda "Kalaşnikov" avtomatı və ov tüfəngi aşkarlanıb

Baş Prokurorluq: Restoranlarda artan qida zəhərlənmələrinin qarşısının alınması üçün tədbirlər görülür

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

FIFA "Sumqayıt"ın sabiq futbolçusunun tələbini təmin etdi

Sabah Sumqayıt çimərliklərində gözlənilən hava şəraiti açıqlandı

Çin lideri: Hegemoniyaya qarşı Mərkəzi Asiya ölkələri ilə işləməyə hazırıq

Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

Vüqar Qurbanov: Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub - MÜSAHİBƏ

İlham Əliyev Afrim Qaşini qəbul etdi - FOTOLAR

Sumqayıtda 11 nəfəri aldadaraq 42 min manat ələ keçirən qadın saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 958
Bu gün, 17:55
Bu gün, 15:56
Bu gün, 15:53
Bu gün, 12:12
Bu gün, 11:48
Dünən, 21:03
Dünən, 20:53
Dünən, 12:43
Dünən, 12:36
Dünən, 12:35
Dünən, 12:07
Dünən, 12:05
Dünən, 08:33
17-06-2025, 16:26
17-06-2025, 16:23
17-06-2025, 16:21
17-06-2025, 16:19
17-06-2025, 16:16
17-06-2025, 11:48
17-06-2025, 11:46
15-06-2025, 00:01
14-06-2025, 17:55
12-06-2025, 14:07
12-06-2025, 14:03
12-06-2025, 13:46
12-06-2025, 13:34
12-06-2025, 11:30
12-06-2025, 11:24
12-06-2025, 10:02
12-06-2025, 00:10
11-06-2025, 22:49
11-06-2025, 18:17
11-06-2025, 18:14
11-06-2025, 17:35
11-06-2025, 16:39
11-06-2025, 16:37
11-06-2025, 15:54
11-06-2025, 12:48
11-06-2025, 12:46
10-06-2025, 20:06
1 2 3 4 5 6 7 8 9 10 ... 958