“MÜHARİBƏDƏN QAÇMAYACAĞIMIZI BİLMƏLİDİRLƏR” – Hakan Fidandan xəbərdarlıq + VİDEO



“Türkiyənin sözü niyə keçir? Gücümüz, çəkindirici qüvvəmiz olduğu üçün. Yəni lazım gəldikdə bizə hiylə işlədənlərə qarşı reaksiya verəcək vasitələrimiz var. Müharibədən qaçmayacağımızı bilməlidirlər”.

“AzPolitika” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan qatıldığı proqramda Suriyada hərbi əməliyyat aparılıb-aparılmayacağı ilə bağlı suala cavab verərkən deyib.
“Onlara verdiyimiz ultimatum göz qabağındadır. Amerikalılar və mətbuat vasitəsilə də YPG-yə bunu verdik. Türkiyədən, İrandan, İraqdan gələn beynəlxalq terrorçu döyüşçülər getməlidir. PKK kadrlarının ölkəni tərk etməsi lazımdır. Açığı, hazırda bununla bağlı hər hansı hazırlıq görmürük, niyyət də görmürük, biz gözləyirik. Biz ultimatumlar və ya şərtlər deyəndə bu səbəbdən deyirik. Əgər siz nə bizim tərəfimizdən, nə də Suriyada yeni administrasiya tərəfindən bölgədə hərbi əməliyyat olmasını istəmirsinizsə, bunun şərtləri bəllidir. Bu şərtləri çox sadə, sədaqətlə, heç nəyi, heç kimi gizlətmədən təqdim edirik”, - deyə H.Fidan bildirib.
H. Fidan PKK-nın Suriyadakı terror təşkilatlarının "liderləri"nin də ölkəni tərk etməli olduqlarını bəyan edib:“Terror təşkilatının yüksək səviyyəli sözdə liderləri Suriyanı tərk etməlidirlər. Kimi dediklərimizi özləri bilirlər. Bizdə adları var. Silahı yerə qoymalı və yeni sistemə qoşulmalıdırlar. Bu qansız, problemsiz bir keçiddir. Digər tərəfdən PKK üzvü olmayan suriyalı kürdlər də proesdə iştirak etməli, canlarına və mallarına zərər vurulmadan normal həyat sürməlidirlər. Yəni Suriyanın yeni administrasiyası buna zəmanət verir. Çünki bu bizim şərtlərimizdəndir”.

Türkiyə rəsmisi Suriyadakı kürdlərin təhlükəsizliyinə zəmanət verə biləcəklərini də qeyd edib:“Suriyadakı kürd vətəndaşların da can və malları təhlükəsiz olacaq. Onlar orada bərabərhüquqlu vətəndaşlara çevriləcəklər. Təbii ki, biz də onun zəmanətini istəyirik. Çünki Əsəd dövründə kürdlərin bir qisminə vətəndaşlıq, şəxsiyyət vəsiqəsi verilməyib. MİT-in müşaviri olduğum vaxtlardan - bu inqilabdan əvvəl, vətəndaş müharibəsindən əvvəl keçirdiyim görüşlərin bir qismi möhtərəm Prezidentimizin göstərişi ilə bu məsələnin həlli ilə bağlı idi. Bu insanlara edilənlər ayıbdır. Özlərinə həyat qura bilmirlər, buradan gedirlər və PKK-nın qucağına, mafiyanın əlinə düşürlər”.


8-01-2025, 17:12 123

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102