Rus bankirin azərbaycanlı sevgilisinə tikdiyi 20 milyardlıq villa... - FOTOLAR



Bir neçə illik nisbi sakitlikdən sonra rusiyalı bankir Andrey Kostin və onun azərbaycanlı sevgilisi, teleaparıcı Nailə Əsgərzadənin adları yenidən korrupsiya qalmaqalında hallanır. Bu dəfə The Insider komandası bankirin və teleaparıcının aktivlərinin monitorinqini aparıb. Jurnalist araşdırması zamanı məlum olub ki, VTB-nin rəhbəri Kostin qeyri-qanuni yolla əldə etdiyi dövlət vəsaitlərini sevgilisi Nailə Əsgərzadəyə hədiyyə etməkdə davam edir. 
Bakupost.azThe Insider-in araşdırmasına görə, oğurlanan vəsaitlərin miqyası heyrətamizdir: "Ancaq oxuduqdan sonra özünüzə sual verin: Andrey Kostinin hansı aktivləri kölgədə qaldı? Hansı məqamlar aydınlaşdırılmayıb? Axı bütün bunlar Kostinin miqyasında yalnız xırda şeylər, aysberqin görünən hissəsidir. Təbii ki, orta rusiyalı belə pulları ancaq xəyal edə bilər. Bəs pərdə arxasında nələr qalır? Nə vaxtsa məsələ ilə bağlı əsl vəziyyətini öyrənmək mümkün olacaqmı? Çətin ki, bir şey ortaya çıxsın. Andrey Kostinin izləri itirmək bacarığını inkar etmək olmaz. Onun hətta Nailə Əsgərzadə üçün aldığı torpaq sahəsi bir neçə ofşor şirkətinin arxasında gizlədilmişdi".Bakupost.azAraşdırmanın müəllifləri qeyd edirlər ki, oğurlanmış vəsaitlərin həqiqi miqyasını yalnız təxmin etmək olar. Dövlət bankından Andrey Kostinin cibinə nə qədər vəsait axdığı barədə təxminləri onun 2019-cu ildə Nailə Əsgərzadənin adına keçirdiyi Razdorı kəndindəki 1 torpaq sahəsinin qiyməti (3 milyard rubldan artıq) əsasənda qurmaq olar:Bakupost.az"Ancaq o vaxtdan çox sular axdı. Ona görə də Andrey Kostinin altı il əvvəl məşuqəsinə verdiklərini sadalamağa ehtiyac yoxdur. Üstəlik, həmin aktivlərin əhəmiyyətli hissəsi artıq offşor şirkətlərə köçürülüb. Baxmayaraq ki, biz hələ də Navalnının araşdırmasına baxmağı tövsiyə edirik. Bu, sadəcə ölkədə baş verən dəhşətləri anlamaq üçün lazımdır".Bakupost.azBakupost.az Bununla belə, The Insider-in yeni araşdırmasında 2025-ci ilin əvvəlinə aid məlumatlar da yer alıb: "Bu məlumatlar Korrupsiya ilə Mübarizə Fondunun təhqiqatında açıqlananlardan daha şokedicidir. Navalnının araşdırmasından sonra Kipr ofşoru Godovari Limited-ə məxsus "Godovari Development" MMC-nin adına rəsmiləşdirilən Razdorı kəndindəki torpaq sahəsi hələ də qalır. İndi orada dəbdəbəli ev tikilib. Tikintiyə Kostin özü şəxsən nəzarət edib.Bakupost.az
Evin qiyməti dəbdəbəsinə uyğundur - təkcə onun tikintisinə xərclənən vəsaitin həcmi 20 milyard rublu keçib. Bütün işlərə nə qədər xərcləndiyini isə yalnız təxmin etmək olar. Yeri gəlmişkən, evin olduqca romantik adı var - "Şamlıqda villa". Villanın içi və çölü şüşə, tunc, mərmərlə bəzədilib. Mühafizə işini də unutmayıblar. Mühafizəşilər üçün 4,3 hektar ərazidə ayrıca ev tikiblər. Həmin “ev” yalnız Kostin və Əsgərzadənin evi ilə müqayisədə sadə görünür. Əslində isə içəridə hər cür şərait var və orada bir bölük əsgəri yerləşdirmək olar. Bütün bunlar neçəyə başa gəlib? Amma bunun nə fərqi var, pul dövlətin puludur, dövlət isə məlum olduğu kimi, bundan yoxsullaşmayacaq".Bakupost.az
The Insider müəllifləri qeyd edirlər ki, bu, yaşlı bankirin nisbətən gənc məşuqəsinə (Kostinin 68, Əsgərzadənin 37 yaşı var) bağışladığı yeganə sərvət deyil: "Andrey Kostinin Nailə Əsgərzadəyə verdiyi hədiyyələrə diqqət etdikdə, onlara böyük deyil, çox böyük pullar xərcləndiyi aydın olur. Çünki o, başqa şeylərlə yanaşı, Əskərzadəyə məşhur Rublevkada 250 milyon rubla ev, "Novaya Ostojenka" elit yaşayış kompleksində iki mənzil, 4 milyard rublluq "Sea&Us" yaxtası, 60 milyon dollara "Bombardier Global 6000" reaktiv təyyarəsini də hədiyyə edib.Bakupost.azBakupost.azBunlar yalnız ən böyük və araşdırma aparıb Nailə Əsgərzadəyə aid olduqlarını sübuta yetirə bildiyimiz "hədiyyələrdir". Baxmayaraq ki, onların mülkiyyət hüququ son dərəcə dolaşıqdır, ya ofşor şirkətlərdə, ya da kimlərinsə adına qeydiyyatdan keçirilib. Amma bütün bu saraylar, gəmilər, təyyarələr Nailə Əsgərzadənin istifadəsindədir. Yeri gəlmişkən, o, beynəlxalq sanksiyalar siyahısına daxil edilib. Xüsusilə Ukrayna, Kanada və Böyük Britaniya Kostinin məşuqəsinə qarşı sanksiyalar tətbiq edib.Bakupost.azBu sanksiyalar Rusiyada alovlu vətənpərvərləri çox qəzəbləndirdi. Onlar həmin sanksiyalarda dərhal rusofobiya izi gördülər: "Rusları incidirlər!" Baxmayaraq ki, vicdanla yanaşsaq, ingilislərə təşəkkür etməliyik. Heç olmasa, ona görə ki bu sanksiyalara görə Kostinin məşuqəsinin adının qeydə aldırdığı əmlaklarıla bağlı problemi yoluna qoyması o qədər də asan olmayacaq. Hamı başa düşür ki, niyə ingilislərin əvəzinə bunu Rusiya Federasiyası etmədi. Ona görə də bu barədə danışmağa dəyməz.Bakupost.azLakin bütün bu araşdırmalarda bir əsas sual açıq alır. Daha doğrusu, iki sual. Birincisi, Andrey Kostin Nailə Əsgərzadənin adına daha nələri keçirib? Söhbət yeni yaxta və villalardan getmir. Söhbət Andrey Kostinin sahib olduğu biznesdən gedir. VTB dövlət bankından onun cibinə Əsgərzadə üçün aldığı oyuncaqlardan qat-qat çox pul gedir. Ancaq buradakı izlər çox diqqətlə gizlədilir. Artıq qeyd etdiyimiz kimi, Kostin "ucları suda gizlətməyi bacarır". Məlum olanlar bu dövlət xadimi və Putinə yaxın olan şəxslərin dövlət xəzinəsindən çıxardığı nəhəng aktivlərin yalnız görünən hissəsidir. İkinci sual, Andrey Kostin zəhmətlə əldə etdiyi hər şeyi niyə Nailə Əsgərzadəyə təhvil verir? Axı onun "hədiyyələrin" ən azı bir hissəsini nümaiş etdirəcəyi qaçılmaz idi. Məhz belə də oldu. Bundan əlavə, “teleaparıcı və jurnalist” olsa da, Kostin niyə onun üçün riskə gedir?Bakupost.azBu sualın cavabı yoxdur, yalnız təxminlər var. Görünür, Kostin ayağı altında torpağın yandığını hiss edir. Çətin ki bu, beynəlxalq sanksiyalarla bağlı olsun. Ola da bilər. Amma adətən, belə "dərzi"lər yad adamlardan deyil, özününkülərdən qorxur. Gücün zirvəsinə birlikdə gəldiyi adamlardan. Öz aralarında getdikcə daha şiddətli çəkişmələr aparan fiqurların hörümçəklər bankında nə baş verdiyini heç kim bilmir. Ancaq açıq-aydın nəsə baş verir və bu, müsbət bir şey deyil. Ən azından bankir Andrey Kostin üçün".../Bakupost.az  Bakupost.azBakupost.azBakupost.azBakupost.azBakupost.azBakupost.azBakupost.azBakupost.az

25-02-2025, 18:34 150

Digər xəbərlər

İsmayıllıda faciə: Sumqayıt sakini traktorun altında qalaraq öldü-VİDEO

Sumqayıt təhsili ağır itki ilə üzləşib – Nəzakət Amaxanova vəfat edib

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 09:26
Bu gün, 08:27
Dünən, 20:57
Dünən, 20:42
Dünən, 20:28
Dünən, 15:45
Dünən, 15:23
Dünən, 15:21
Dünən, 13:08
Dünən, 10:05
Dünən, 09:53
Dünən, 09:44
Dünən, 09:11
Dünən, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
1 2 3 4 5 6 7 8 9 10 ... 1066