Ağazaryan: Paşinyan uzurpatordur


Erməni müstəqil deputat, Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş tərəfdaşı Ovik Ağazaryan təqsirləndirilən şəxs qismində cəlb olunduğu cinayət işini özünə qarşı siyasi təqib kimi qiymətləndirib.

Sumqayit.tv erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, parlamentdəki çıxışında danışıb.

Ağazaryan indiki iqtidarın ona qarşı təzyiqlərini ədalətsizlik hesab edib. Erməni deputatın sözlərinə görə, o, bir sıra məsələlərdə sərt mövqeyi və barışmazlığı səbəbindən Paşinyanın gözündən düşüb. Buraya ermənilərin Qarabağa yenidən qayıtması məsələsi də daxildir. Ağazaryanın sözlərinə görə, onun müxalifəti və müstəqil mövqeyi o vaxt onun bilavasitə rəhbəri olan Ermənistanın indiki baş naziri Nikol Paşinyanın mövqeyinə uyğun gəlməyib.

“Yəqin ki, çoxları xatırlayacaq ki, bir vaxtlar Ayk Marutyanın İrəvan meri vəzifəsinə namizədliyinin əleyhinə çıxış edən demək olar ki, yeganə şəxs mən olmuşam”, - deyə erməni deputat qeyd edib.

Keçmiş müttəfiq həmçinin baş naziri üçüncü müddətə namizədliyini irəli sürməməyə çağırıb. Onun fikrincə, bu, qaçılmaz olaraq Ermənistanda avtoritar rejimin formalaşmasına gətirib çıxaracaq. Deputatın sözlərinə görə, onun gedişindən sonra hakim partiyada daxili tənqidlər mahiyyətcə sıfıra enib. Eyni zamanda Paşinyan özü də partiyadaşları ilə məsləhətləşmələri dayandırıb və heç kimin fikrini nəzərə almadan birtərəfli qaydada ölkə üçün mühüm qərarlar qəbul etməyə başlayıb. //Musavat.com

 


26-03-2025, 16:35 192

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102