Sankt-Peterburqda Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub



2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya Federasiyasında dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illik yubileyinə həsr olunan tədbirlər keçirilir.

Sumqayit.tv xəbər verir ki,  “Nizami Gəncəvi İli” çərçivəsində növbəti tədbir Rusiyanın Sankt-Peterburq şəhərində gerçəkləşib.
Bununla əlaqədar Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Sankt-Peterburqa səfər edib.
Oktyabrın 19-da mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Dövlət Ermitajının direktoru Mixail Piyotrovski arasında görüş keçirilib. Görüşdə Dövlət Ermitajı ilə Azərbaycan muzeyləri arasında əməkdaşlığın genişləndirilməsi, Ermitajda saxlanılan ölkəmizin mədəni irs nümunələrinə xüsusi diqqətin ayrılması, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Həmin gün Dövlət Ermitajında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbir 1941-ci ildə məhz bu məkanda Nizami Gəncəviyə həsr olunan tarixi tədbirin 80-ci ildönümünə təsadüf edib.
Mərasimdə çıxış edən Ermitaj Muzeyinin direktoru Mixail Piotrovski Nizami Gəncəvi dühasından danışaraq bildirib ki, böyük Azərbaycan şairinin yaradıcılığı Yaxın və Orta Şərqdə fəlsəfi cərəyanların, ədəbi məktəbin əsasını qoyub. Nizami Gəncəvinin əsərlərinin mövzuları əsasında çəkilmiş miniatürlər bu gün dünyanın ən məşhur muzeylərini və kitabxanalarını bəzəyir.
M.Piotrovski xatırladıb ki, 80 il öncə, Böyük Vətən müharibəsi dövründə və Sankt-Peterburqun – o vaxtkı Leninqradın blokadasının 42-ci günündə Nizaminin 800 illik yubileyi Ermitajda qeyd olunub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Ermitajda “Nizami Gəncəvi İli” çərçivəsində belə bir tədbirin keçirilməsini əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, 1941-ci ilin 19 oktyabr tarixində, şəhərin blokadada olduğu bir vaxtda Dövlət Ermitajında Nizaminin 800 illik yubileyinin qeyd olunması Azərbaycanın böyük şairinə verilən yüksək dəyərin təzahürü idi və Nizami 880 illiyinin də məhz eyni tarixində Ermitajda qeyd edilməsi çox mühüm və əlamətdar hadisədir.
Tədbirdə Ermitajın fondunda saxlanılan Nizami Gəncəvinin “Xəmsə”sinin nadir nüsxəsi nümayiş olunub, dahi şairin yaradıcılığına dair məruzələr dinlənilib, onun əsərlərinin motivləri üzrə çəkilmiş və hazırda Dövlət Ermitajında və Sankt-Peterburqdakı Rusiya Milli Kitabxanasında qorunub saxlanılan miniatürlər haqqında geniş təqdimatlar keçirilib.
Sonda konsert proqramı təqdim olunub. Sankt-Peterburq Dövlət Akademik Marinski Teatrının azərbaycanlı vokalçıları Məhərrəm Hüseynov və Həmid Abdulov, pianoçu Vurğun Vəkilov Nizami Gəncəvinin əsərlərinə yazılmış musiqiləri ifa ediblər. Həmçinin ölkəmizin incəsənət xadimlərinin (xanəndə Teyyub Aslanov, tarzən Əliağa Sədiyev, kamança ifaçısı Elnur Mikayılov, nağara ifaçısı Kamran Kərimov, ud ifaçısı Mircavid Cəfərov) ifasında muğam parçaları səsləndirilib.
Konsert proqramı alqışlarla qarşılanıb.

22-10-2021, 11:12 171

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964