Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Tramp Ankoric razılaşmalarından imtina edə bilər

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində keçirilən ikitərəfli görüş zamanı əldə olunan bəzi razılaşmalardan imtina edə bilər.

Sumqayit.tv xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp bu barədə Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti zamanı digər ölkə liderləri ilə görüşündə danışıb. Sammitdə iştirak edən iki yüksəkvəzifəli mənbənin bildirdiyinə əsasən, ABŞ Prezidenti Putinlə bağlı məyusluğunu ifadə edib və Ankoricdə əldə olunmuş razılaşmaların bir hissəsindən geri çəkilə biləcəyinə işarə vurub.

Bununla belə, məqalədə qeyd olunur ki, G7 ölkələrinin liderləri Trampın bu istiqamətdə həqiqətən konkret addımlar atacağına inanmırlar.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio daha əvvəl Ankoric görüşündə Rusiya və ABŞ prezidentləri arasında Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yekun razılaşmanın əldə olunmadığını açıqlamışdı.

Qeyd edək ki, 2025-ci il avqustun 15-də Alyaskanın Ankoric şəhəri yaxınlığındakı hərbi bazada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib. Görüşün yekunlarına dair mətbuata açıqlama verən Putin Ukraynadakı münaqişənin nizamlanmasının danışıqların əsas mövzusu olduğunu bildirib, Vaşinqtonla münasibətlərdə yeni səhifənin açılmasına və əməkdaşlığın bərpasına çağırış edib. O, həmçinin Donald Trampı Moskvaya dəvət edib.

Donald Tramp isə öz növbəsində danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu, lakin tərəflərin bütün məsələlər üzrə razılığa gələ bilmədiyini bildirib.



27-06-2026, 23:27 59

Digər xəbərlər

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1102