“Expo 2020 Dubai"-da Azərbaycanın turizm imkanları tanıdılır



Noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə Azərbaycan Turizm Bürosu və Yaxın Şərqdə turizm üzrə ixtisaslaşmış nüfuzlu şirkətlərin nümayəndələri arasında işgüzar görüşlər keçirilib. 

Sumqayit.tv xəbər verir ki, görüşlər Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə tanınmış “Wego”, Birləşmiş Ərəb Əmirliklərinin aparıcı səyahət platformaları olan “DnataTravel” və “Al Rais Travel”, Yaxın Şərqdə aparıcı səyahət və turizm təmsilçiliyi şirkəti sayılan “Gulf Reps”, həmçinin əsası Səudiyyə Ərəbistanında qoyulmuş, Yaxın Şərq bölgəsində ən böyük səyahət və turizm şirkətlərindən olan “Seera Group”-un rəhbər şəxsləri arasında baş tutub. Görüşlərdə ikitərəfli əməkdaşlıq, tərəfdaşlıq əlaqələrinin inkişaf perspektivləri, ortaq layihələr, həmçinin beynəlxalq səviyyədə kütləvi təbliğat kampaniyaları məsələləri müzakirə olunub. Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycana son illərdə Yaxın Şərqdən gələnlərin sayında ciddi artımın müşahidə olunduğunu qeyd edərək hədəf bazarları təmsil edən nüfuzlu şirkətlərlə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Həmçinin noyabrın 11-də qeyd olunan şirkətlərin rəhbər şəxsləri və Florian Zenqstşmidin iştirakı ilə “Dayanıqlılıq və texnologiyanın turizmə təsirləri” mövzusunda panel sessiyası keçirilib. Sessiyada çıxış edən F.Zenqstşmid Azərbaycanın turizm potensialının Yaxın Şərq regionunda tanıdılmasında onlayn platformaların vacib rol oynadığını, bu istiqamətdə fəaliyyətin genişləndirildiyini, müxtəlif təbliğat kampaniyalarına start verildiyini, Azərbaycanın turizm imkanlarının hədəf bazarlar üzrə daha geniş kütlələrə çatdırılması məqsədilə oktyabr ayından etibarən Yaxın Şərq regionu üzrə tanınmış “DnataTravel” və “Wego” turizm şirkətləri ilə əməkdaşlığa başlandığını qeyd edib. Sessiyada Azərbaycan və BƏƏ-də turizm destinasiyalarının idarəedilməsi istiqamətində, eləcə də dayanıqlı turizmin inkişaf etdirilməsi üzrə innovativ yanaşma kimi texnologiyanın rolu mövzusunda müzakirələr aparılıb. F.Zenqstşmid “EXPO 2020 Dubai” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq müzakirə panelinin mühüm mövzunu əhatə etdiyini, yeni dövrdə texnologiyanın dayanıqlı turizm sənayesinin formalaşmasında əsaslı rol oynadığını vurğulayıb. Qeyd edək ki, 2021-ci ilin oktyabr ayında “Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində Azərbaycan turizm həftəsi keçirilmiş, Azərbaycanın aqro və qastro turizm imkanları təqdim olunmuşdu. 1 oktyabr tarixindən start götürən sərgi 2022-ci ilin 31 mart tarixinədək davam edəcək.

12-11-2021, 13:36 297

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964