“Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Konvensiyaya həsr olunmuş seminar keçirilib


3-4 fevral 2022-ci il tarixlərində BMT-nin Avropa İqtisadi Komissiyasının təşkilatçılığı ilə onlayn seminar keçirilib. Seminar “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Konvensiyanın tələblərinin həyata keçirilməsi  nəticəsində əldə edilən  qabaqcıl praktikanın paylaşılması və keçirilmiş təlimlərin müzakirəsi məqsədilə təşkil olunub.

Seminarda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədiqat İnstitutunun direktoru Natiq Seyidəhmədov iştirak edib. Direktor N.Seyidəhmədov “Sənaye qəzalarının qarşısının alınması istiqamətində əməkdaşlıq və Sənaye Təhlükəsizliyi üzrə Dövlətlərarası Şura çərçivəsində reaksiya verməyin təminatı” mövzusunda məruzə ilə çıxış edib. İnstitut direktoru Azərbaycanın bu sahədəki təcrübəsi barədə məlumat verib,  seminar iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, Azərbaycan Respublikası “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Konvensiyaya  4 may 2004-cü ildə qoşulub. Konvensiyanın məqsədi sənaye qəzalarının insanlara və ətraf mühitə ciddi zərərli təsirinin qarşısının alınması və ekoloji təhlükəsiz və dayanıqlı iqtisadi inkişafa nail olmaq məqsədilə, qəzaların qarşısının alınması, onlara hazırlığın və nəticələrinin aradan qaldırılmasının təmin edilməsi, həmçinin onların transsərhəd təsirinin aradan qaldırılması üçün dövlətlər arasında lazımi səviyyələrdə fəaliyyətin gücləndirilməsi və əlaqələndirilməsidir.  BMT-nin üzvü kimi Konvensiyaya qoşulmuş Azərbaycan Respublikasında da  sözügedən Konvensiya üzrə öhdəlikərin yerinə yetirilməsi istiqamətində müvafiq işlər aparılır və bu barədə mütəmadi hesabatlar təqdim olunur.

7-02-2022, 16:37 202

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064