Rusiya “Taliban”-i terror təşkilatı kimi tanısada, siyasi qanadını Moskvada qəbul edir

Əfqanıstanda “Taliban” yaraqlıları Amerika qoşunlarının ölkəni tərk etməsindən istifadə edərək bir-birinin ardınca Kabil hökumətinin nəzarətində olan rayonları ələ keçirdiyi bir vaxtda təşkilatın siyasi qanadının nümayəndələri gözlənilmədən Moskvada peyda olublar. 
Sumqayit.tv Virtualaz.org-a istinadən xəbər verir ki, nümayəndə heyətinə “Taliban”ın Qətərdəki siyasi ofisinin rəhbərlərindən biri Şahabuddin Delavar başçılıq edir. Onların Moskvaya səfəri barədə ötən gün iyulun 8-də məlum olub. Talibançılar Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in ikinci Asiya departamentinin rəhbəri Zamir Kabulovla görüşüblər. Lakin səfər bu gün də davam edir və “Taliban” nümayəndələrinin Moskvada başqa görüşlərinin olacağı, o cümlədən Rusiya xüsusi xidmət orqanlarında görüşlərin keçiriləcəyi gözlənilir.

Rusiya “Taliban”ı terror təşkilatı kimi tanıyır və öz ərazisində onun fəaliyyətini qadağan edib. Lakin göründüyü kimi, bütün bunlar təşkilatın siyasi qanadının Moskvaya səfəri üçün maneə yaratmır.
Məlumatlarda deyilir ki, danışıqlar zamanı Kabulov Əfqanıstanın şimalında vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib və talibançıları münaqişənin Əfqanıstan hüdudlarından kənara çıxmasına yol verməməyə çağırıb. Cavab olaraq talibançılar bildiriblər ki, Əfqanıstan ərazisindən başqa ölkələrə, o cümlədən Rusiyaya hücum üçün istifadə edilməsinə yol verməyəcəklər. Nümayəndə heyəti Orta Asiya respublikalarının sərhədlərinin təhlükəsizliyinə də təminat veriblər, Orta Asiya ilə Əfqanıstan arasında sərhəd-keçid məntəqələrinin stabil işini təmin edəcəklərini deyiblər.

Moskvadan əvvəl isə “Taliban” nümayəndələri Tehranda səfərdə olublar və İran xarici işlər naziri Cavad Zəriflə görüşüblər. Cavad Zərif görüşü açaraq deyib ki, ABŞ Əfqanıstanda məğlub olub və bu səbəbdən öz qoşunlarını geri çəkir. Nazir əfqan siyasətçilərini ölkələrində sabitlik yaratmaq üçün dialoqa çağırıb.
“Taliban” nümayəndələrinin Tehrana və Moskvaya səfərləri belə deməyə əsas verir ki, ABŞ-ın çəkildiyi Əfqanıstanda indi bu və ya digər şəkildə Rusiyanın və İranın öz mövqelərini gücləndirməsinə hazırlaşmaq lazımdır. Doğrudur, Rusiya vaxtilə SSRİ-nin buraxdığı səhvi təkrarlayıb Əfqanıstana qoşun yeritməyə hazırlaşmır. Lakin siyasi baxımdan Əfqanıstanda öz mövqelərini möhkəmləndirə bilər, üstəlik “Taliban”la anlaşaraq. Belə ki, Rusiyanın “Taliban”ın silahlı qanadı ilə gizli əlaqələri haqda iddialar hələ Donald Trampın administrasiyası dövründə yayılmışdı, hərçənd Moskva bunu inkar edir.

İndi “Taliban”ın Əfqanıstanda ABŞ-ın qurduğu mərkəzi hökuməti devirməsi əlbətdə ki, Moskvanın maraqlarına uyğun olardı. Hansı ki, Əfqanıstanda baş verənlər Birləşmiş Ştatların dəstəklədiyi Kabil hökumətinin “Taliban” qarşısında çox da davam gətirməyəcəyini təxmin etməyə əsas verir. Belə olan halda Rusiya Əfqanıstanda məhz “Taliban”la işləməklə öz mövqelərini yenidən gücləndirə bilərdi. “Taliban” isə öz növbəsində 2000-ci illərin əvvəllərindən fərqli olaraq tam beynəlxalq siyasi təcrid vəziyyətində olmaq istəmir və bir sıra regional oyunçularla, o cümlədən Rusiya və İranla işləməkdə maraqlı görünür.
Başqa sözlə, gözləmək olar ki, “müqəddəs yer” yenə boş qalmayacaq və ABŞ-ın sürətlə çəkilməsindən sonra Əfqanıstanda bu dəfə Rusiya öz mövqelərini gücləndirməyə çalışacaq. Lap hərbi yolla olmasa da belə.
 
Əlbəttə, ABŞ və onun başçılıq etdiyi NATO koalisiyası Əfqanıstandan tam silinib getmir. Birləşmiş Ştatlar Əfqanıstanda bir neçə yüz nəfərlik məhdud kontingent saxlayacaq və Kabil hökumətinə təhlükəsizlik sahəsində dəstəyi davam etdirəcəyinə söz verir. Bununla belə, ABŞ-ın yetişdirdiyi Əfqanıstan ordusunun “Taliban” qarşısında nə qədər dayanacağı sual altındadır.
Bu arada prezident Cozef Bayden ötən gün Ağ evdə bəyan edib ki, ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-də başa çatacaq. O əlavə edib ki, qoşunların çıxarılmasının mümkün qədər tez baş verməsi təhlükəsizlik baxımından məqsədəuyğundur. Baydenin bildirdiyinə görə, Birləşmiş Ştatlar Əfqanıstanda Talibanın hərbi uğurları ilə mümkün vətəndaş müharibəsi təhlükəsinin artmasına baxmayaraq, bu ölkədəki 20 illik missiyasını başa çatdırmağa çalışır.
 “Biz Əfqanıstana ölkə qurmağa getməmişdik. Ona görə də Amerikanın ən uzun müharibəsinə son qoyuruq, -ABŞ prezidenti deyib.
Qoşunların çıxarılmasına daha müfəssəl izahat verməsi üçün ona göstərilən təzyiqlərə baxmayaraq Bayden deyib ki, öz ölkələrini necə idarə etmək məsələsi yalnız əfqanların haqqıdır: Əfqan liderlər bir araya gəlməli və gələcəyə doğru hərəkət etməlidirlər. Öz gələcyi barədə qərar qəbul etmək haqqı yalnız əfqan xalqının hüququ və məsuliyyətidir”.
ABŞ prezidenti bəyan edib ki, ABŞ-ın Əfqanıstan hökumətinə və təhlükəsizlik xidmətlərinə dəstəyi bundan sonra davam edəcək. Onun sözlərinə görə bu missiya zamanı ABŞ qüvvələri üçün işlədiklərinə görə indi “Taliban” təhlükəsi ilə üzləşən minlərlə tərcüməçiyə isə Birləşmiş Ştatlarda sığınacaq veriləcək.

Talibanın ölkə ərazisinin böyük hissələrini ələ keçirməsinə baxmayaraq, Bayden ümid etdiyini deyib ki, o Əfqanıstan hökumət qüvvələrinin hücumları dəf edə biləcəyindən əmindir:"Mən Talibana etibar etmirəm, amma mən Əfqanıstan hərbçilərinin qüdrətinə inanıram."Talibanın qələbəsi qaçılmazdırmı" sualına Bayden “yox” cavabı verib.
Pentaqon bildirib ki, Baqram hərbi-hava bazasının ötən həftə təhvil verilməsindən sonra Amerika qüvvələrinin Əfqanıstandan çıxarılması 90 faiz başa çatıb. ABŞ koalisiyasına daxil başqa ölkələr də Əfqanıstandakı qoşunlarını nizamlı bir şəkildə çıxarıblar. Əfqanıstandan qoşunların çıxarılması ötən il keçmiş prezident Donald Trampın administrasiyası tərəfindən əldə olunmuş razılaşma əsasında icra edilir. Razılaşmaya əsasən “Taliban” Əfqanıstan ərazisində radikal terror təşkilatlarının (İŞİD, “Əl-Qaidə”) fəaliyyətinə imkan verməməli və Kabil hökuməti ilə barışıq əldə etməlidir.
Lakin ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqları ötən sentyabr ayında Qətərdə başlayandan bəri yavaş irəliləyib və demək olar heç bir uğurlu nəticə əldə olunmayıb. “Taliban” isə son bir ayda Əfqanıstanın 400-ə yaxın inzibati rayonundan 150-dən çoxuna nəzarəti ələ keçirib...


9-07-2021, 09:33 320

Digər xəbərlər

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 15:57
Dünən, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
1 2 3 4 5 6 7 8 9 10 ... 1059