Səbinə Salmanova təşəbbüsü ilə ekoloji aksiya -FOTO

 Milli Məclisin deputatı Səbinə Salmanovanın təşəbbüsü ilə Xəzər dənizinin Sumqayıt Bulvarı sahilində genişmiqyaslı iməcilik aksiyası həyata keçirilib. Aksiya ətraf mühitin mühafizəsi, ictimai həmrəyliyin gücləndirilməsi və ekoloji şüurun artırılması məqsədilə təşkil olunub.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən “Sumqayıt Bulvar” MMC, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və Regional Mərkəzi, Xəzər Humanitar Fondu, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, şəhər ictimaiyyəti, könüllülər, ekoloji fəallar və gənclər iştirak ediblər.

Tədbir zamanı mediaya açıqlama verən Milli Məclisin deputatı Səbinə Salmanova qeyd edib ki, bu gün gözəl Sumqayıtın dənizkənarı ərazisində bir araya gəlməkləri təkcə iməcilik məqsədi daşımır:

“Bu, həm də şəhərimizə və təbiətimizə olan sevgimizin ifadəsidir. Sumqayıt yalnız sənaye və inkişaf şəhəri deyil, eyni zamanda parkları, yaşıllıqları, təmizliyi və dəniz sahili ilə seçilən doğma evimizdir. Biz bu gözəllikləri qorumaqla həm öz sağlamlığımızı, həm də gələcək nəsillərin rifahını təmin etmiş oluruq”.

Deputat vurğulayıb ki, təmiz və abad şəhər mühiti ictimai mədəniyyətin göstəricisidir:

“Sumqayıtın deputatı olaraq hesab edirəm ki, şəhərimizin hər guşəsinin səliqəli və təmiz saxlanılması bizim mədəni səviyyəmizi əks etdirir. Təmiz ətraf mühitdə yaşamaq hər bir vətəndaşın hüququ, onu qorumaq isə hər birimizin borcudur. Bu kimi təşəbbüslər ekoloji maariflənməyə və ictimai həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir. Mən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova, təşəbbüsümüzə qoşulan hər kəsə təşəkkür edir, bu cür faydalı tədbirlərin davamlı olacağına inanıram”.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin koordinatoru və şəhər bölməsinin sədri Mətanət Məhərrəmova isə bildirib ki, çalışdığı təşkilat hər zaman sağlam və təhlükəsiz mühitin təşviqinə, humanitar dəyərlərin qorunmasına böyük dəstək verir:

“Bu cür aksiyalar cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirərək həmrəyliyi gücləndirir. Xüsusilə gənclərin fəallığı bizi sevindirir və gələcəyə ümid yaradır.”

Tədbirdə iştirak edən digər qurumların nümayəndələri, gənclər, könüllülər, ekoloji fəallar belə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar. Onlar ətraf mühitin qorunmasının yalnız dövlət və qurumların deyil, bütün cəmiyyətin birgə məsuliyyəti olduğunu bildiriblər.

Sonda iştirakçılar sahil boyu təmizlik işləri apararaq ərazidə tullantıların yığılmasına böyük töhfə veriblər.

 

 

 

 

 

 

 

 

16-08-2025, 15:50 357

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102