“Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi başa çatıb



“Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi uğurla başa çatıb.

Bu haqda Azərbaycan Könüllülər İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi çərçivəsində “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında sahilyanı təmizlik kampaniyası keçirilib.
Sabunçu rayonu ərazisində yerləşən Pirşağı çimərliyində 100-ə yaxın könüllünün iştirakı ilə baş tutan tədbirdə bir tona yaxın məişət tullantıları toplanıb.
Sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlarla təchiz olunmuş gənclər topladıqları tullantıları zərərsizləşdirilməsi üçün poliqona təhvil veriblər.
Kampaniyanın məqsədi ölkədə və xüsusilə Bakı şəhərində ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, BMT-nin Ətraf Mühit proqramı modelini ölkəmizdə tətbiq etməklə qısa zaman ərzində böyük müsbət dəyişikliklər üçün ciddi addımlar atmaq, əhalinin ekoloji savadlılığını yüksəltməkdir.
Qeyd edək ki, layihə öz işinə “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” forumu ilə başlayıb. Forumda 100 nəfərdən çox gənc və könüllülərlə yanaşı, BMT-nin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Təmiz şəhər” ASC-nin və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Ümumilikdə layihə vasitəsilə gənclər arasında ekoloji maarifləndirmə işi aparılacaq, gənclər ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırılacaq, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə onların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradılacaq.
Xüsusilə plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumat paylaşılacaq. 


4-05-2022, 12:20 194

Digər xəbərlər

Əkiz bacılar eyni ixtisasa qəbul oldular – SUMQAYITDA TƏHSİL ALACAQLAR

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 22:50
Dünən, 13:46
Dünən, 13:35
Dünən, 12:37
Dünən, 12:29
Dünən, 12:25
Dünən, 11:46
Dünən, 11:43
Dünən, 11:39
Dünən, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
24-08-2026, 15:20
24-08-2026, 14:57
24-08-2026, 13:15
24-08-2026, 11:46
24-08-2026, 11:40
24-08-2026, 11:27
24-08-2026, 11:19
24-08-2026, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1102