Bu işçilərə bayramda ikiqat əməkhaqqı veriləcək - RƏSMİ

Azərbaycanda iş günü hesab olunmayan bayram günlərində işçilərin işə cəlb edilməsi qadağan olunsa da, müəyyən istisnalar mövcuddur. Bu istisnalar fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində çalışan işçilərə şamil edilir. Qarşıdan gələn Novruz və Qurban bayramları da iş günü hesab olunmayan rəsmi bayram günləri siyahısındadır. 
Bəs bayram günləri çalışan işçilərin maaşı necə hesablanır?
Hüquqşünas Ramil Süleymanovun Ajans.az-a verdiyi açıqlamaya görə, Əmək Məcəlləsinin 164.1-ci maddəsinə əsasən, qeyri-iş günlərində işə cəlb olunan işçilərə əlavə əməkhaqqı ödənilməlidir. Onun sözlərinə görə, işəgötürənlər bu qaydalara əməl etmədikdə, qanun pozuntusu kimi məsuliyyətə cəlb olunurlar:
"Qeyri-iş günlərində işləyən işçilərə ödənilən əməkhaqqı, onların gündəlik tarif maaşının ən azı iki mislindən aşağı olmamalıdır.
Əgər əməkhaqqı işəmuzd qaydada ödənilirsə, bu halda işəmuzd qiymətlərindən aşağı olmamaq şərtilə əməkhaqqı hesablanmalıdır.
İşçilər aylıq iş vaxtı çərçivəsində artıq iş görüblərsə və ya işə əlavə olaraq cəlb ediliblərsə, onlara maaşlarından əlavə, həmin gün üçün gündəlik maaşlarının ikiqatı həcmində ödəniş edilməlidir".

“Kadırovun qəhrəman kimi qələmə verdiyi şəxs Azərbaycan dövləti üçün qatildir” - Ramil Süleymanov

Ramil Süleymanov vurğulayıb ki, işçilərin maaşları düzgün hesablanmadıqda və ya qanunla müəyyən edilmiş əlavə əməkhaqqı ödənilmədikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən məsuliyyət nəzərdə tutulur:
"İşəgötürən və ya vəzifəli şəxs qeyri-iş günlərində işə cəlb olunan işçilərə əməkhaqqını ikiqat qaydada ödəmədikdə, 700 manatdan 1500 manata qədər inzibati qaydada cərimələnir. İşçilər qeyri-iş günlərində işə çağırıldıqda əməkhaqqının əlavə hesablanmasını tələb edə bilərlər. Əgər əməkhaqqı düzgün ödənilməzsə, bu barədə müvafiq dövlət orqanlarına müraciət edə bilərlər".

13-02-2025, 13:00 285

Digər xəbərlər

2026-cı il üçün Sumqayıtda balıq və su bioresursları ovu kvotaları açıqlanıb - ÖDƏNİŞ QİYMƏTLƏRİ

Sumqayıtda atasını öldürən gəncə hökm oxundu

Sumqayıtda səyyar görüşlər davam edir - FOTO

20 Yanvar: Qanla yazilan tarix, qürurla yaşadilan yaddaş

Sumqayıtda 25 min ilkin kapitalı hansı işə yatırmaq sərfəlidir? (ANALİZ)

Sumqayıtda bina tikintisi vədi ilə böyük məbləğdə pul almaqda ittiham olunan şəxs yenidən məhkəmə qarşısında

Sumqayıtdakı fermadan başlayan yarım milyonluq oğurluq – iki çobanın film kimi cinayəti

Sumqayıtda fəaliyyəti ilə tanınan kosmetoloq Elnarə Rzayevaya amnistiya tətbiq olundu

Sumqayıt Apellyasiya Məhkəməsi Xırdalan Şərab Zavodu ilə bağlı qərarı ləğv etdi

Tərlan Əhmədov: Azərbaycanın sənaye şəhərlərindən futbol yalnız Sumqayıtda qalıb - VİDEO

Sumqayıt avtobusları kart sisteminə nə vaxt KEÇƏCƏK? – RƏSMİ AÇIQLAMA

Milli Məclisin deputatı Elnarə Akimova seçicilərlə görüşdü - FOTO

Sumqayıtda 6 mindən çox sakinin yaşadığı ərazi kanalizasiya böhranı ilə üz-üzədir - VİDEO

Sumqayıt istiqamətində kiçikhəcmli gəmilərə 2026-cı ildə texniki baxış keçiriləcək

Sumqayıtda dörd qanunsuz ov tüfəngi aşkar olunub

"Sumqayıt" 45 yaşlı basketbolçusu ilə yolları ayırıb

Sumqayıtda dəm qazı növbəti can aldı

Sumqayıtda müəllim vəfat etdi - FOTO

Sumqayıtda 38 yaşlı qadın itkin düşdü - FOTO

Sumqayıt sakinləri sabun sexinin fəaliyyəti ilə bağlı yoxlama aparılmasını istəyir - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1007
Bu gün, 18:05
Bu gün, 17:57
Bu gün, 17:53
Bu gün, 16:47
Bu gün, 16:37
Dünən, 20:11
Dünən, 15:21
Dünən, 15:08
Dünən, 15:04
Dünən, 15:00
Dünən, 14:51
Dünən, 14:45
Dünən, 14:20
Dünən, 13:13
Dünən, 13:10
Dünən, 13:08
Dünən, 13:05
14-01-2026, 21:07
14-01-2026, 20:55
14-01-2026, 20:43
14-01-2026, 19:52
14-01-2026, 17:51
14-01-2026, 16:11
14-01-2026, 15:48
14-01-2026, 15:40
14-01-2026, 15:30
14-01-2026, 15:26
14-01-2026, 15:21
14-01-2026, 10:13
14-01-2026, 08:41
13-01-2026, 17:12
13-01-2026, 15:57
13-01-2026, 15:16
13-01-2026, 15:04
13-01-2026, 13:59
13-01-2026, 13:39
13-01-2026, 13:23
13-01-2026, 11:37
13-01-2026, 11:29
13-01-2026, 09:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1007