Verilişi bağlanan Nigar Fərhad haqda gerçək ÜZƏ ÇIXDI: Öz qızını...

   

"Oğluma atasız qız almaram" deyən aparıcı Nigar Fərhadın illər öncəyə aid müsahibəsi ortaya çıxıb.

Aparıcının sözügedən müsahibəsi görənləri təəccübləndirib.

Burada təəccübləndirici məqam Nigar Fərhadın qız anası olması və övladını atasız dünyaya gətirməsidir.

Müsahibədə bu barədə ətraflı danışan Nigar Fərhadın hazırda atasız qızları tənqid hədəfi olaraq seçməsi müzakirə doğurur.

Həmin müsahibəni təqdim edirik:

- Övladınızla münasibətiniz necədir? Bildiyim qədər, sizinlə birlikdə qalmır.

- Zəhra dünyaya gəldiyi an mənim heç nəyim yox idi. Ümumiyyətlə, müəyyən bir aya qədər mən Zəhranı gözlədiyimi bilmirdim. Biləndə isə oturub anamla danışdım. Hazırda anamı anası kimi sevir və ona elə bağlıdır. Mən onun, anamın, bacımın yaxşı yaşamasını istədim və bu istəyi mən heç bir kişidən istəmədim. Halbuki azad bir ölkədə, Amerikada yaşayırdım. Kim nə bilərdi ki, mən orada nə edirəm?

Amma bu gün mən efirlərdə açıq şəkildə deyirəm ki, bu dünyada elə bir kişi olmayıb, Allah elə bir kişini dünyaya göndərməyib mən onun varına görə adıma ləkə gətirim. Allahıma şükür edirəm ki, mən masa arxasında əyləşəndə məni necə hörmətlə qarşılayırlar, masada oturan 20 kişidən daha nüfuzlu bir statusa sahibəm. Hər şeyi zəhmətimlə etmişəm. Elə kişi yoxdur gəlib desin ki, mən Nigar üçün bir zəng etdim. Maddiyatı bir tərəfə qoyuram, bir zəngi belə deyə bilməzlər. Hər şey öz çabamdır.

- Amma sualımızdan qaçdınız... Hazırda qızınızla münasibətiniz necədir?

- Hazırda yaxşıdır. Biz rəfiqə kimiyik. Bir-birimizə hər şeyi danışırıq. Söhbətləşib şəxsi məsələlərimizi bölüşürük. Onun tez böyüməsindən qorxuram. Sözümü rəfiqə məsləhəti kimi qəbul edir. Ona sözümü keçirə bilmirəm. Gedib anama deyirəm ki, axı mənə xoş deyil, istəmirəm belə şey etsin və onlar öz aralarında danışırlar.

Qeyd edək ki, Nigar Fərhad "Sözün bitdiyi an" proqramında aşağıdakı fikirləri səsləndirib:

"Mənim oğlum olsa, ona atası olmayan bir qızı ala bilmərəm, çünki mən elə doğulduğum ailədən görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabeçiliyini anlamayan qadın heç vaxt heç kəsin oğlunu xoşbəxt edə bilməz".

Bu fikirlər sosial şəbəkə platformalarında geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri aparıcını tənqid edərək onun çıxışını efirə uyğun hesab etmədiklərini bildiriblər. (yenisabah.az)


2-04-2025, 11:39 257

Digər xəbərlər

Sumqayıt təhsili ağır itki ilə üzləşib – Nəzakət Amaxanova vəfat edib

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 08:27
Dünən, 20:57
Dünən, 20:42
Dünən, 20:28
Dünən, 15:45
Dünən, 15:23
Dünən, 15:21
Dünən, 13:08
Dünən, 10:05
Dünən, 09:53
Dünən, 09:44
Dünən, 09:11
Dünən, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1066