"Bunlar"Böyük Qayıdış" planının tərkib hissəsidir" - MÜNASİBƏT BİLDİRİLDİ

 

"İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Azərbaycan dövləti prioritet istiqamət olaraq əsas işini işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkün düşən bacı və qardaşlarımızın öz doğma ata-baba yurdlarına qayıdışı istiqamətində quruculuq işlərinə start verdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.

O bildirib ki, ən vacibi də odur ki, bu quruculuq işləri "Böyük Qayıdış"a dair dövlət proqramı çərçivəsində həyata keçirilir: "Hansı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 noyabr 2022-ci il tarixli Sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq bu işlər həyata keçirilməkdədir. Görülən işlərin miqyası o qədər böyükdür ki, sadalamaqla bitməz. Azad edilən ərazilərdə müasir infrastrukturların qurulması istiqamətində görülən işlərdən biri Zəfər yoludur. Digəri Beynəlxalq Hava Limanının açılmasıdır. Bundan başqa məktəblər, bağçalar, hətta su elektrik stansiyasına kimi Azərbaycan dövləti bu işləri həyata keçirib. Bunlar "Böyük Qayıdış" planının tərkib hissəsidir.

"Böyük Qayıdış" çərçivəsində məcburi köçkünlərin bir qisminin artıq ata-baba yurdlarına qayıdışı təmin olunub. Bu günə qədər Füzuli rayonuna 300-dən çox ailə köçürülüb. Eyni zamanda Laçın rayonuna köçürülüb. Şərqi Zəngəzurun Zəngilan rayonunda, Ağalı kəndində artıq 100-dən yuxarı ailə yaşayır. Bunlar 2025-2026-cı illərdə də davam etdiriləcək. Çünki Azərbaycan dövləti artıq 2025-ci ildə işğaldan azad edilmiş torpaqlarımızın bərpa və quruculuq işləri istiqamətində 4 milyard manat məbləğində vəsaitin ayrılmasından söhbət gedirsə, bu 2026-cı ildə davam etdiriləcək. Düşünürəm ki, görülən bu işlər həm də Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisi olmaqla yanaşı eyni zamanda Azərbaycan dövlətinin bu işə nə qədər önəm verdiyini və nə qədər iddialı olduğunu ortaya qoyur. Bu da ondan xəbər verir ki, 30 ilə ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızın doğma yurdlarına qayıdışı yaxın bir neçə il ərzində tam olaraq təmin olunacaq".

Müəllif: Söylü Ağazadə

3-04-2025, 21:48 239

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102