Oğuzda polislər qəzaya düşüb


Sumqayit.tv "Report"a istinadən xəbər verir ki, bu gün Oğuz rayonunda baş verən yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşları olduğu məlum olub. 

Qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Seyidəliyev, xəsarət alan isə 1998-ci il təvəllüdlü İbrahim Səfərovdur.  Onlar Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdır.  Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.  

Hadisə səhər saatlarında Oğuz-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən maşın yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində gənc sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun sərnişini, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Faktla bağlı araşdırma aparılır.

12-11-2021, 14:43 270
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1101