Böyük Britaniya Azərbaycan ordusunun işğaldan azad etdiyi Qarabağ ərazisinin minalardan təmizlənməsinə yardım edəcək. Bu məqsədlə Azərbaycana mina mütəxəssisi ezam olunub. Məlumatı Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz “Twitter” hesabında yazıb. “Böyük Britaniyadan minalardan təmizləmə üzrə daha bir mütəxəssisimiz ANAMA-ya dəstək üçün işə başlayıb”, - britaniyalı diplomat öz sosial şəbəkə hesabında qeyd edib.