Mirsalam Qənbərov “yaşıllığın götürülməsinə” necə icazə verir ?


Mirsalam Qənbərov “yaşıllığın götürülməsinə” necə icazə verir ?

Çoxları elə bilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ancaq  ağaclar, meşələr, su hövzələri-filanla məşğul olur. 
Bəli, çoxları bilmir ki, ekologiya nazirliyi hər gün çaylarda, göllərdə, dənizdə  ovlanan balıqlara görə, hər ay brakonyerlərdən “aylıq” alır. 
Bəli, ekologiya nazirliyi  çay hövzələrindən hər gün  Bakıya daşınan  quma-gilə, çınqıla görə, aylıq alır. 
Bəli, daş karxanaları hər gün hər kubikə, daşa  görə ekologiya nazirinə  “haqq”  verir. 
Bu siyahını sonsuzadək uzatmaq olar. Amma...
Bəli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi var idi ee...
Cənab indiki ekologiya naziri  Muxtar Babayevdən soruşmaq lazımdır ki, Hüseynqulu  Bağırovun zamanından bu günədək  dini sekta üzvləri  ora niyə gəlirdi ? 
Cənab nazirdən soruşmaq lazımdır ki, agentliyin nəzdində Bakı Kartoqrafiya Fabriki var...orada gecələr  hansı kitablar dərc olunur(du) ? 
Həmin kitabların dərc olunmasına görə, milyonlarla pulu kimlər qazanır ? 
Həmin kitabların cəmiyyətimiz  üçün faydası varmı..?
Bəlkə əksinə... 
Həmin kitablar gənclərimizin gələcəyini zəhərləyirdi ? 
Bu gün İraqdan, Suriyadan neçə-neçə gənclərimizin “xəbər”i  gəlir? 
Həmin gənclər orada deyil, Qarabağda vuruşa bilməzdi, cənab nazir ? 
Bir neçə gün əvvəl həmin gənclərin körpə  uşaqlarına Azərbaycan dövləti sahib çıxdı və  ölkəmizə gətirdi.
Həmin gəncləri ora göndərənlər niyə görünmədi ? 
Bəs, Bakı Kartoqrafiya Fabrikində kitabları çap edənlər, milyonlar qazananlar  harada qaldı ? 
Bunları sadalamaqda  məqsədimiz odur ki, ekologiya nazirliyi deyəndə elə-belə ağac-meşə fikirləşməyin.
Ekologiya nazirliyinin tabeçiliyində Dövlət Ekspertiza İdarəsi var idi. 
Bir neçə il əvvəl, daha doğrusu, 2019-cu ildə Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradıldı.
Təsəvvür edirsiniz adi  idarə birdən Dövət Agentliyinə çevrildi. Niyə ? 
Gəlin, görək, Dövlət Ekoloji Ekspertiza Agentliyinin vəzifələri nədir ? 
Agentliyin Nizamnaməsi çox uzun olduğu üçün qısa qeyd edək: 
- şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq ərazi planlaşdırılması sənədlərinə rəy vermək;
-  yaranan şirkət və müəssisələrin EKOLOJİ SƏNƏDLƏRİ ( ətraf mühitə atıla bilən tullantı həddi, ekoloji pasport) 
- yaşıllığın götürülməsinə dair rəy vermək;
- istehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükünə lisenziya verilməsinə dair rəy vermək
Siyahı uzun olduğu üçün davam etmirik. 
Amma diqqətlə  baxsanız görərsiniz ki, ŞƏHƏRSALMA, TİKİNTİ, YAŞILLIĞIN GÖTÜRÜLMƏSİ, hətta itburnunun tədarükü...cənab Mirsalam  Qənbərovdan asılıdr. İstəsə icazə verər...Daha doğrusu, cənab Qənbərovun nümayəndələri “sövdələşən” kimi razı olurlar, əks  halda ortaya yüz sənəd də qoysan Mirsalam müəllim razı olmur...
Məlumat üçün qeyd edək ki, Mirsalam Qənbərov Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədridir. 
Mirsalam  Qənbərov  nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub. Mirsalam Qənbərov  20 ildir  Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır.

gundelik-baku.com

14-11-2021, 11:39 221

Digər xəbərlər

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 17:12
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
1 2 3 4 5 6 7 8 9 10 ... 964