Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirəcək


Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə səfəri davam edir. Səfər çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı aqrar tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı, aqrar təhsil sahəsində əməkdaşlıq, universitetlər arasında tələbə və müəllim mübadiləsi, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub. Tərəflər Azərbaycan və İsrail şirkətlərinin kənd təsərrüfatı üzrə ixtisaslaşmış sərgilərdə qarşılıqlı iştirakı barədə də fikir mübadiləsi aparıblar. Bildirilib ki, İsrail şirkətləri “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakda maraqlıdır və gələn ildən bu sərgidə daha geniş tərkibdə iştirak edəcəklər.   

Sumqayit.tv xəbər verir ki, Nümayəndə heyəti səfər çərçivəsində “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzində olub. Mərkəzdə keçirilən görüş zamanı iki ölkənin aqrar tədqiqatlar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, aqrar məlumatlar bazasının formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti üçün keçirilən təqdimatda Mərkəzin fəaliyyəti, bitkiçilik, heyvandarlıq, bitki mühafizəsi, torpaqşünaslıq sahəsində tədqiqat istiqamətləri barədə geniş məlumat verilib. Görüşdə “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzi ilə Azərbaycanın müvafiq elmi tədqiqat institutları arasında toxumçuluq sahəsində əməkdaşlığın genişləndirilməsi və kadr mübadiləsi barədə razılaşma əldə olunub.
Heyət üzvləri həmçinin İsrailin müasir suvarma sistemlərinin istehsalı üzrə ixtisaslamış “Netafim” şirkətinin, müasir heyvandarlıq kompleksinin, toxumçuluq müəssisəsinin, südçülük kompleksinin fəaliyyəti ilə tanış olub, yerli şirkətlərin nümayəndələri ilə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Azərbaycan heyətinə Kənd Təsərrüfatı Nazirliyinin və ölkənin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri daxildir. Nümayəndə heyəti dünən Təl-Əvivdə keçirilmiş İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumunda iştirak edib. Forum şərçivəsində Azərbaycan və İsrail şirkətləri arasında kənd təsərrüfatının müxtəlif sahələri üzrə əməkdaşlıq etmək barədə ikitərəfli razılaşmalar əldə olunub.  
Azərbaycan və İsrail aqrar tədqiqatlar və kadr hazırlığı sahəsində əməkdaşlığı genişləndirəcək Azərbaycan və İsrail aqrar tədqiqatlar və kadr hazırlığı sahəsində əməkdaşlığı genişləndirəcək Azərbaycan və İsrail aqrar tədqiqatlar və kadr hazırlığı sahəsində əməkdaşlığı genişləndirəcək Azərbaycan və İsrail aqrar tədqiqatlar və kadr hazırlığı sahəsində əməkdaşlığı genişləndirəcək

17-11-2021, 12:21 335

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065