Polis Beyləqanda əməliyyat keçirib, iki nəfər saxlanılıb



Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələrin və həblərin qanunsuz olaraq dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri Elmin Quliyev və Təbriz Əlizadənin idarələrində olan avtomobil rayon ərazisində saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman 3 ədəd qablaşdırmada təmiz çəkisi 3 kiloqram 330 qramdan artıq heroin, 1 ədəd bağlamada təmiz çəkisi 1 kiloqramdan artıq tiryək, eləcə də 150 ədəd preqabalin və 20 ədəd metadon həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə işi başlanılıb və adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

18-11-2022, 10:00 135
Bu gün, 14:57
Bu gün, 13:35
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 15:04
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1101