Hazırda Göyçay rayonunda rusiyalı milyarder Fərhad Əhmədova məxsus obyektlərdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Sumqayit.tv xəbər verir ki, bu barədə "AZfront" məlumat yayıb.
"Əhmədovun əsas sərvəti Göyçaydakı “Aznar” şirə zavodudur. Onun özü 2022-ci il üçün Rusiyanın siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.
2004-2010-cu illərdə Əhmədov Rusiya Federasiyası Şurasının üzvü idi. 2022-ci ilin aprelində ona qarşı sanksiyalar Aİ və Britaniya tərəfindən tətbiq edilib", - deyə məlumatda qeyd olunub.