FHN yanğın təhlükəsizliyi ilə bağlı ciddi pozuntular aşkarladı - VİDEO



Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində bina və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin etmək, habelə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsini yoxlamaq məqsədilə tikinti obyektlərində mütəmadi olaraq monitorinqlər keçirir.

FHN-dən verilən məlumata görə, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidmətinin (Xidmət) apardığı monitorinqlər zamanı ayrı-ayrı şəhər və rayonlarda yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması ilə inşası aparılan tikintilərə rast gəlinir. Belə ki, bir sıra hallarda layihə sənədlərinin aidiyyəti nəzarət orqanları ilə razılaşdırılmadığı, yaxud tikinti işinin təyinatı üzrə aparılmadığı və ya sonradan təyinatı dəyişdirilməklə aparıldığı, ara məsafəsinin gözlənilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi, tikinti işinin gedişi zamanı vacib yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadığı və digər ciddi qayda pozuntuları aşkar edilir.
Təəssüflə qeyd edilməlidir ki, belə tikinti obyektlərində yanğın baş verdiyi halda, adətən ilkin müdaxilə də böyük çətinliklərlə müşayiət olunur, habelə inşaat işləri yekunlaşdıqdan sonra bir sıra çatışmazlıqların aradan qaldırılması texniki cəhətdən qeyri-mümkün olduğundan istismar müddətində baş verən yanğınlar faciələrə yol açmış olur.
Qeyd olunanlar nəzərə alınaraq, Xidmət tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı aşkar olunan qayda pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi, o cümlədən inşaat işlərinin dayandırılması tədbirləri həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək inşaat işlərinin bütün mərhələlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır və xatırladır ki, qayda pozuntuları aşkarlanmış obyektlərlə bağlı qanunvericiliyə uyğun daha sərt tədbirlərin görülməsi təmin ediləcək.



19-11-2022, 14:37 157

Digər xəbərlər

Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi: sakinlər kömək istəyir - VİDEO

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda hərəkət nə zaman bərpa ediləcək? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda sərnişin avtobusunda ölüm hadisəsi baş verib

İlham Əliyev İrəvandakı tədbirdə onlayn çıxış etdi

Sumqayıtda aprel ayında temperatur 21 gün normadan yüksək olub

Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb

Sumqayıtda fəhlə faciəli şəkildə həyatını itirdi - VİDEO

Sumqayıtlı şagird dünya səviyyəli uğura imza atdı – TOP universitetlərdən qəbul aldı

Nazir Sumqayıt sakinlərini qəbul edəcək – tarix açıqlandı

29 mindən çox şagird Azərbaycan dili imtahanı verdi

Sumqayıt-Pirşağı yolunda təhlükəli anlar – maşın çuxura düşdü

Sarayda qohumunu amansızlıqla qətlə yetirən şəxsə HÖKM OXUNDU

“Sumqayıt” səfərdə uduzdu – oyun penaltilərlə həll olundu

Sumqayıtda avtobus sürücüsü qaydanı pozdu – cəzalandırıldı

FƏXRİMİZ: Dünya birincisi olan azərbaycanlı gənc - FOTO

Bakı-Sumqayıt yolunda yanğın: mebel sexləri od tutdu - VİDEO

Çerkassi küçəsində təhlükə böyüyür: yol çöküb, kanalizasiya da partlayıb

Bakı-Xankəndi velosiped yarışının ilk mərhələsi Sumqayıtda başa çatacaq

Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO

Sumqayıt Dövlət Universitetinin məzunu yüksək vəzifəyə təyin olundu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1047
Dünən, 17:37
Dünən, 17:16
Dünən, 14:43
Dünən, 14:30
Dünən, 14:23
Dünən, 10:10
Dünən, 10:05
3-05-2026, 15:47
3-05-2026, 12:56
3-05-2026, 12:42
2-05-2026, 20:35
2-05-2026, 19:50
2-05-2026, 19:44
2-05-2026, 16:18
2-05-2026, 12:29
2-05-2026, 11:33
2-05-2026, 08:50
1-05-2026, 21:00
1-05-2026, 20:48
1-05-2026, 18:19
1-05-2026, 15:25
1-05-2026, 15:07
1-05-2026, 10:22
1-05-2026, 10:21
1-05-2026, 10:05
30-04-2026, 19:55
30-04-2026, 14:25
30-04-2026, 14:18
30-04-2026, 14:15
30-04-2026, 13:28
30-04-2026, 13:22
30-04-2026, 13:10
30-04-2026, 13:06
30-04-2026, 12:59
30-04-2026, 12:49
30-04-2026, 10:34
30-04-2026, 10:30
30-04-2026, 08:57
29-04-2026, 22:52
29-04-2026, 22:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1047