Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.
Sumqayit.tv oxu.az-a istinadən bildirir ki, hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb.
2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş.
Həmin vaxt pəncərədən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.