Azərbaycan ordusunun mayoru Araz Nəzərov və baş leytenant İlkin İmdadlı Füzuli rayonunda yol qəzası nəticəsində vəfat ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən
Sumqayit.tv-yə məlumat verilib.
Qeyd edək ki, hər iki mərhum Vətən müharibəsində də iştirak ediblər və medallarla təltif ediliblər.