Xaçmazda gənc oğlan atasına cavab qaytaran arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT


Sumqayit.tv
xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 21-də baş verib. Həsən həmin gün saat 11 radələrində yaşadıqları evdə arvadı ilə mübahisə edib. Mübahisə zamanı arvadını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Həsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, daimi olaraq heç bir yerdə işləmir və fərdi əmək fəaliyyəti ilə məşğul olur: “Evliyəm, biri 6 yaş, digərinin isə 1 yaşı olmaqla iki oğlum var. Hadisə baş verən gün, saat 11 radələrində yaşadığım evə nahar etməyə gəldim. Evə çatmamış qapıda evdən səslərin gəldiyini və həyat yoldaşımın kiminsə üstünə qışqırdığını eşitdim. Həmin vaxt əsəbiləşdim. Həm İradənin niyə qışqırdığını öyrənmək, həm də onu sakitləşdirmək məqsədi ilə evə daxil oldum. Evə daxil olduqda gördüm ki, həyat yoldaşım və atam bir-birləri ilə mübahisə edirlər. Nə baş verdiyini soruşanda atam oğlumin dərslərində zəif olduğu üçün İradəyə onun dərsləri ilə məşğul olmasını tapşırmasını, lakin İradənin cavab qaytarmasını və sözlərinə məhəl qoymamasını bildirdi. İradəyə atamın doğru danışdığını, atama cavab qaytarmamağın bildirsəç də, İradə daha da bərk qışqırmağa başladı. Bu vaxt İradənin sakitləşməsi üçün qolundan yumruqla vurdum. İradə yenə də dayanmadan qışqıraraq mübahisə etməyə davam etməsi səbəbi ilə onun mənə və valideynlərimə hörmətsiz yanaşması səbəbi ilə şillə ilə üzündən, yumruqla kürəyindən, ayağına təpiklə vurdum. Anam aramızdaki mübahəsinin böydüyünü gördü və yanımıza gələrək bizi ayırdı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, İradə sakitləşib və onların axşam radələrinədək münasibətləri yaxşılaşıb: “Lakin, sentyabrın 23-də evdən iş dalınca getdim. Atam ilə anam isə bağ sahəsində işlədikləri vaxt İradə evdə olan az yaşlı oğlum ilə birlikdə tək qalıb. İradə evdə tək olan vaxt qayınanam onu yaşadıqları evlərinə aparıb”.

Cinayət işi üzrə zərərçəkmiş İradənin sözlərinə görə, hazırda həyat yoldaşı onu döydüyü üçün ata evində yaşayır: “Rəsmi olaraq işləmirəm. Barəsində şikayət etdiyim Həsən həyat yoldaşımdır. Həsən ilə 2015-ci ildən rəsmi nikahda olmaqla birlikdə yaşamışıq. Həsənlə aramızda kiçik mübahisələrimiz xaric, əvvəllər heç bir mübahisə və ədavət olmayıb”. 

Zərərçəkmiş qeyd edib ki, hadisə baş verən günü, səhər saatlarında qayınatası onunla mübahisə etməyə başlayıb: “Buna səbəb böyük oğlum 1-ci sinifdə oxuduğu üçün onu qələmə öyrəşdirmək məqsədi ilə qarşısına qaralama dəftər qoymuşdum. Qayınatam mənə acıqlı olaraq, uşağın qarşısından dəftəri götürməyimi və ona qələm verməməyimi bildirdi. Ona oğlumun təzə-təzə yazı-pozunu öyrənməyə başladığını, oğlumun indi dəftər qələmlə məşğul olmasının vacib olduğunu desəm də, qayınatam öz bildiyini dedi, mübahisə etməyə davam etdi. Qayınanam isə qayınatama Həsəni çağırmağını,

Həsənin gələrək mənim “dilimi yığmağını” bildirdi. Qayınatam Həsənə zəng edərək təcili evə gəlməyini və mənə “yiyə çıxmağını” bildirdi”. 

İradənin sözlərinə görə, saat təxminən 11 radələrində Həsən evə gəlib və səbəbsiz yerə ona acıqlı baxaraq üstünə gəlib: “Sol qolumdan yumruqla, şillə ilə sağ yanaq nahiyəmdən, kürəyimin sağ hissəsindən yumruqla və daha sonra sol ayağıma təpiklə vurdu. Həmin vaxt qayınatam və qayınanam evdə olsalar da, bizi ayırmağa, sakitləşdirməyə cəhd etmədilər. Həsən məni döyəndən sonra qayınanam gəldi və məni Həsənin əlindən aldı”. 

İradə qeyd edib ki, sentyabrın 23-də anası onlara qonaq gəlib: “Həmin gün anama başıma gələn hadisəni danışdım. Anamdan məni evlərinə aparmağını xahiş etdim. Anam bizə qonaq gələn vaxt evdə heç-kəs olmayıb. Həsəndən xəbərsiz anam ilə birlikdə evdən çıxdım və Xaçmaz rayon polis şöbəsinə gəldik. Həyat yoldaşımın məni döyməsi barədə müraciət etdim”. 

Zərərçəkmiş ifadəsinin sonunda qeyd edib ki, hazırda Həsənlə barışıb, ona qarşı şikayəti yoxdur. 

Bu cinayət işinə Xaçmaz rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən məhkəmə Həsənin barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verib. O, cinayət məsuliyyətindən azad olunub. 

27-12-2022, 16:17 226

Digər xəbərlər

SON DƏQİQƏ! Aktrisa sumqayıtlı xanım prodüseri tutdurdu

Qurdqalaq kənd icmasının üzvləri ata-baba yurdlarından departasiya olunmalarının 36-cı il dönümünü qeyd etdilər-Fotolar

Başsağlığı

"Vaşinqton Ermənistana daha isti münasibət bəsləyir" - ŞƏRH EDİLDİ

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Sumqayıt nümayəndəliyində Sumqayıtın 75 illiyinə həsr olunmuş tədbir keçirib-FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 20:23
Dünən, 19:13
Dünən, 18:45
Dünən, 17:23
23-11-2024, 17:05
23-11-2024, 16:33
22-11-2024, 18:05
22-11-2024, 17:37
22-11-2024, 12:39
22-11-2024, 12:32
22-11-2024, 11:50
22-11-2024, 11:41
22-11-2024, 11:34
22-11-2024, 11:31
22-11-2024, 10:24
22-11-2024, 10:10
22-11-2024, 10:00
22-11-2024, 09:00
21-11-2024, 19:29
21-11-2024, 17:36
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
1 2 3 4 5 6 7 8 9 10 ... 903