Özünü imam Mehdi kimi təqdim edən şəxsin məhkəməsi: "Ona hər ay 100 manat zəkat verirdim"


"Özünü imam Mehdi kimi təqdim edən şəxsə hər ay 100 manat zəkat vermişəm, 9 min 750 manat ziyana düşdüm".
Sumqayit.tv
report-a istinadən xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə qapalı keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində Etibar Novruzov deyib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə 2004-cü ildə zavodda birgə çalışdığı həmkarı Fuad vasitəsilə tanış olub:
"Namaza yeni başlamışdım. İşdə çox da dini söhbət etməyə imkan olmurdu. İşdən sonra Əhmədlidə məclislərdə dini mövzulardan diskusiyalar aparırdıq. Ordakı məclislərin böyük əksəriyyətində Aqil Babayev iştirak edirdi və söhbətləri ilə insanları ələ alırdı. Daha çox mövzular imam Mehdinin zühuru ilə bağlı idi. Onun dini savadı mənim diqqətimi çox çəkdi. Mənə dedi ki günahlarının bağışlanması üçün zəkat verməlisən. 2021-ci ilin mayına qədər ona zəkat vermişəm. İmkanım yaxşı olduğuna görə, 2006-cı ildən 2010-cu ilə qədər ayda 100 manat zəkat vermişəm. 2010-cu ildə zavoddan çıxandan sonra taksi sürücüsü kimi fəaliyyət göstərdim. Bu səbəbdən 2021-ci ilə kimi ayda 30 manat zəkat verdim. Ümumilikdə isə 9 min 750 manat pul vermişəm. Sonradan xəbər tutdum Aqil zəkatları özü üçün xərcləyirdi".
A.Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını söyləyib. Təqsirləndirilən şəxs qeyd edib ki, əksinə, zərərçəkmişin özü onun Buzovna qəsəbəsində yerləşən bağında bağban işləyib:
"Halbuki kasıb adam olub. Əhmədlidə ona üçotaqlı ev və maşın vermişəm. Ailəsinə maddi yardımlar etmişəm. Mənim zəkatla bağlı xəbərim yoxdur. Onun dini savadı da yoxdur və mənlə tetatet söhbəti olmayıb. O, indi də mənim bağımda bağban işləyir".
Daha sonra zərərçəkmiş qismində Telman Nuriyev ifadə verib. Onun sözlərinə görə, o, A.Babayevlə bir məhəllədə yaşayıb və eyni sinifdə oxuyublar:
"Mən namaz qılmağa 1999-cu ildən başlamışam. Məhəllədə həmyaşıdlarımın dini savadının yüksək olduğunu gördüm. Bunun kimdən öyrəndiyini soruşanda dedilər ki Aqil Babayevdən. Aqili də çox yaxşı tanıdığımdan ünsiyyətimi daha da sıx etdim və 2001-ci ildən onun sonuncu imam olmasına iman gətirdim. 2006-dan 2016-cı ilə kimi 40 manat vermişəm. Ona ümumilikdə 4 min 800 manat zəkat vermişəm. Pulu Polad adlı şəxs vasitəsilə verirdim".
Məhkəmənin növbəti iclası 2023-cü il yanvarın 10-na təyin edilib.
Qeyd edək ki, ittihama görə, A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.
İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsilə paylanıldığı görüntüsü yaradıb.
Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. O, topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. A.Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
O, “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.


27-12-2022, 17:24 128

Digər xəbərlər

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirdi: Sumqayıt üçün yeni əməkdaşlıq imkanları

Yumurta rekord həddə ucuzlaşır: Səbəblər açıqlandı

Hakim olmaq istəyənlərə şad xəbər: Yeni təyinatlar davam edir

 Sabah Sumqayıtda hava necə olacaq?

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 16:36
Bu gün, 16:12
Bu gün, 15:08
Bu gün, 15:00
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1068