Qaxda 25 yaşlı qadın dəm qazından zəhərlənib. Sumqayit.tv-inməlumatına görə, hadisə şəhərin Ş.İ.Xətai küçəsindəki yaşayış evlərinin birində baş verib.
Belə ki, həmin mənzildə yaşayan 1997-ci il təvəllüdlü Musayeva Aytac dəm qazından zəhərlənib.
O, Qax rayon Mərkəzi Xəstəxanasına catdırılıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
“Qafqazinfo”