Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun dünən axşam saatlarında bıçaqlanması barədə yeni detallar məlum olub.Sumqayit.tv bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumatına görə, B.Cabbarov gəlini ilə birlikdə mənzildə olan zaman qətlə yetirilib.
Hadisəni törədən naməlum şəxs (şəxslər) tərəfindən mənzilə daxil olmadan əvvəl elektrik enerjisi kəsilib.
Daha sonra evin birinci mərtəbəsində həkimə 21 bıçaq zərbəsi vurulub.
Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb və həkim briqadası əraziyə yollanıb. B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Mənbə: oxu.az