Bit dərmanından zəhərlənənlər şəhid övladları imiş


Ötən gün Tovuz rayonunun Dondar Quşçu kəndində zəhərlənmə hadisəsi baş verib.
Sumqayit.tv
Qafqazinfo-ya istinadla xəbər verir ki, zəhərlənən şəxslər şəhid ailəsinin üzvləridir. Belə ki, kənd sakinləri - 2019-cu il təvəllüdlü Əliyev Adəm Əmrah oğlu, 2021-ci il təvəllüdlü Əliyev Rüfət Əmrah oğlu və azyaşlıların nənə və babası zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların bit dərmanı içərək zəhərləndikləri bildirilir. Azyaşlılar 44 günlük Vətən müharibəsində şəhid olan Əmrah Əliyevin övladlarıdır.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə 4 nəfər 11.01.2023-cü il tarixində saat 01:00 radələrində yerləşdirilib:
“Onlara zəruri tibbi xidmətlər göstərilib və saat 03:10 radələrində ambulator müalicə üçün evə buraxılıblar. Bundan sonra da evə 3 dəfə təcili tibbi yardım göndərilib və vəziyyətləri nəzarətdə saxlanılıb. Hazırda səhhətləri ilə bağlı heç bir narahatlıq yoxdur”.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi Əmrah Ürfət oğlu Əliyev 2020-ci il noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. Əmrah Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

12-01-2023, 17:38 142

Digər xəbərlər

Hakim olmaq istəyənlərə şad xəbər: Yeni təyinatlar davam edir

 Sabah Sumqayıtda hava necə olacaq?

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

Sumqayıt bulvarında Silahlı Qüvvələr Günü münasibətilə möhtəşəm hərbi yürüş keçirilib – FOTO

İzmirdə Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı keçirilib-FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 15:08
Bu gün, 15:00
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
1 2 3 4 5 6 7 8 9 10 ... 1068