DSX 102 kiloqram 424 qram narkotik vasitə aşkarlayıb


Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədlərinin etibarlı mühafi­zəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin güclən­diril­məsi, qaçaqmalçılıq, narkotik vasitə­lərin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.

Sumqayit.tv xəbər verir ki, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Sahil Mühafizəsi bölmələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təx­mini çə­kisi 102 kiloqram 424 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman pre­paratlarına bənzər maddələrin döv­lət sərhədindən qaçaq­malçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alın­mış­dır.
Dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə həyata ke­çi­rilmiş tədbirlər nəticəsində 11 oktyabr tarixində Biləsuvar rayonunun Biləsu­var kəndi istiqa­mə­tində dövlət sərhədinin yaxınlığında 4 ədəd bağlamadan təxmini çəkisi 19 kiloqram 600qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələraşkarlanaraq götürülmüşdür.
Həmin gün saat 20:40 radələrində eyni ərazidəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Res­publikası istiqamətində dövlət sərhədinin pozulması sərhəd nar­yadı tərəfindən aşkar olunmuşdur. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazilər qapadılmış, sərhəd naryadları tərəfindən sərhəd po­zu­cularının təqibi başlanılmış, hadisə yeri və yaxın ərazilər nəzarətə götürül­müşdür.
Sərhəd pozucularından biri ərazidən uzaqlaşmağa çalışarkən üzərində idman çantası ilə saxlanılmış, digər iki nəfər isə sərhəd naryadlarının “Dayan” əm­rinə tabe olmayaraq əllərindəki qaçaqmalı yerə ataraq, havanın qaranlıq, əra­zinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaç­mışlar.
Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı 1988-ci il təvəllüdlü Şahmüqəddəm Cəfər Həsən olması müəyyənləşdirilmiş, onun əlindəki çantaya və ərazidən götürülmüş bağlamalara baxış zamanı təxmini çəkisi 35 kiloqram 590 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələraşkar olunmuşdur. 
Oktyabr ayının 12-də saat 07:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin müha­fizəsini hə­yata keçirən sərhəd gözətçi gəmisi tərəfindən su səthində bir ədəd şüb­həli bağlama aş­kar­lanmışdır. Bağlamaya baxış zamanı ümumi çəkisi 47 kiloqam 234 qram nar­kotik vasitəyə, psixotrop tərkibli və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkar olunaraq götürülmüşdür.
Qeyd edilən faktlar üzrə hazırda əməliyyat-istintaq tədbirləri həyata keçiri


12-10-2021, 16:24 146

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065